Cəmiyyət

Ancaq bu insanların yanında zəlil olmağa icazə var

18 May 2017 23:40
6 Şərh     Baxış: 1 418

İmam Rza (ə) buyurur: "Allah Təala əmr etmişdir ki, üç şey üç şeylə birlikdə yerinə yetirilsin.

1. Namaza zəkatla birlikdə əmr vermişdir. Ona görə də hər kim namaz qılar və zəkat verməz - namazı qəbul olunmaz.
2. Özünə şükür etməyi ata və anaya şükürlə birlikdə əmr etmişdir. Ona görə də hər kim ata və anasına şükür etməz, Allaha şükür etməmiş olar.
3. İlahi təqvaya sialeyi-rəhmlə birlikdə əmr vermişdir. Ona görə də hər kim sileyi-rəhmi yerinə yetirməz, İlahi təqvanı da yerinə yetirməmiş olar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İslam dini ata və anaya ehtiram göstərməyi ən mühüm vəzifələrdən hesab edir. Allah Təala tövhid mövzusundan sonra valideynə yaxşılıq edib, ehtiram göstərməyi vacib buyurmuşdur. "Və Biz insana ata-anası barəsində tövsiyə etdik". ("Loğman" 14).
Ona görə də insan əgər kamala çatmaq istəyirsə, gərək valideyninə ehtiram göstərməyi və onlara xidmət etməyi bacarsın. (Tebyan)
Ali dini rəhbər buyurur: "Valideyn qarşısında kiçilmək istisna mövzulardandır. İnsan gərək valideyni qarşısında özünü kiçiltsin.
Özünü valideynin qarşısında zəlil et! Halbuki, müsəlman insan heç kəsin qarşısında özünü zəlil etməməlidir, ancaq ata və anası istisnadır".
Ona görə də Məsumlarımız (ə) da tarix boyu valideyninə ehtiram göstərən insanlara xüsusi sevgi göstərmişdilər. İmam Sadiqin (ə) səhabələrindən olan Əmmar ibni Hənan nəql edir: "Oğlumun adı İsmayildir və mənə qarşı çox xoşrəftardır. İmamın (ə) xidmətinə getdim və dedim: "Oğlum İsmayil mənə qarşı çox xoşrəftardır. İmam (ə) buyurdu: "Mən onu sevdim və indi mənim ona qarşı sevgim (valideyninə qarşı xoş rəftar olduğu üçün) daha çox oldu"".
Əmirəl-möminin (ə) buyurur: "Ən böyük və ən mühüm İlahi vəzifə - ata və anaya yaxşılıq etməkdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Sebr · 18 May 23:5110

    Haşa Allahmın buyurduğuna qarşı çıxmıram,ancaq hər namaz qılanın zəkat verməyə imkanı olmur axı!?

    Cavab yaz
    • Anonim
      Atom · 19 May 07:5710

      salam zekat imkanin varsa vermelisen yoxdusa xos xasiyetlilik basqalarina komek yeni menevi buda ALLAH QARSISINDA ZEKATA BERABERDI

      Cavab yaz
      • Anonim
        Sebr · 19 May 10:4210

        Aleykum salam.Gülərüz olmaq belə sədəqədir.Məqalədəki cümlə.mənə bir az qaranlıq qaldı.Zəkat verməyənin namazı qəbul olmaz..Bu cümlə!!

        Cavab yaz
        • Anonim
          مريم · 19 May 13:5510

          Zəkat insanın "boynuna düşməlidir" ki,verdiyi zəkat olsun. Kimin "boynuna düşdüsə" onunda imkanı olar. Məsələn,Həcc ziyarəti və orda kəsilən qurbanlıq. Kimin imkanı varsa ona vacib olur ....!

          Cavab yaz
  • Anonim
    Mömün · 19 May 23:3210

    Hava seyfəsində bir tural gic islam dini haqda pis fikir yazıb

    Cavab yaz
    • Anonim
      Momüne · 20 May 08:2920

      Qoy yazsın .O islamı xristianlıga deyişmiş kafirdir.Daha dogrusu -mürted!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.