Cəmiyyət

Yarpızın faydaları

18 May 2017 22:45
9 Şərh     Baxış: 2 419

Yarpız otu, həzm problemlərinə qarşı istifadə edilir. Bundan əlavə, sakitləşdirici və spazm əleyhinə təsiri vardır. Eyni zamanda, öddə olan mayeni artırır və qaraciyəri qoruyur. Bədəndə turşu-əsasının tarazlığını qorumaq üçün faydalı olduğu qeyd edilir. Mentol ehtiva etdiyinə görə, nəfəsaçıcı və bəlğəm gətirən vasitə kimi istifadə edilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, soyuqdəymə və qrip ilə mübarizədə istifadə edilə bilər, çünki təsirli bir mikroböldürücüdür. Tərləməyi artıraraq qızdırmasalıcı təsir göstərir. Əsəb və yuxusuzluq kimi problemlərə qarşı da istifadə edilə bilər. Əsəbləri sakitləşdirmək xüsusiyyəti vardır. Əzələ ağırları, revmatizma və artrit kimi problemlərə qarşı təsirli ola bilər. Həmçinin iştahanın açılmasına və immunitetin möhkəmlənməsinə yardımçı olur. Ürək-damar xəstəliklərinin müalicəsində və qan dövranının nizamlanmasında faydalıdır.

Yarpız hepatit xəstəliyinin müalicəsinə, yoluxucu xəstəliklərdən qorunmağa və yaraların sağalmasına birbaşa kömək edir. Bundan əlavə, astma xəstəliyinin müalicəsinə, qanın təmizlənməsinə və toksin maddələrin xaric olunmasına şərait yaradır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Tovuzlu E · 18 May 22:4860

    Və dovğaya da xüsusi dad verir

    Cavab yaz
    • Anonim
      Sebr · 18 May 22:5813

      Yarpızın qoxusun heeç sevmirəm,amma faydalıdı.

      Cavab yaz
      • Anonim
        Tovuzlu E · 18 May 23:0911

        Faydalı yeyəcəklərin də çoxunun ya dadı pisdi, ya da qoxusu)

        Cavab yaz
        • Anonim
          Sebr · 18 May 23:1720

          Həə Vallah haqlısınız..Nə zərərlidi amma onu elə sevirəm Məs,Duz...☺

          Cavab yaz
          • Anonim
            Tovuzlu E · 18 May 23:2410

            Alça ilə bol bol yeyərsiz duzu)

            Cavab yaz
            • Anonim
              Sebr · 18 May 23:2810

              Türklərin bir söza var e bandıra-bandıra☺Həm də necə hm hm☺

            • Anonim
              Tovuzlu E · 18 May 23:3210

              )) Nuş olsun

            • Anonim
              Sebr · 18 May 23:4500

              Təşəkkür sizə də Nuş olsun:))Yayın dadı alçadadı!

            • Anonim
              Tovuzlu E · 18 May 23:5200

              Sağ olun... Düzdü)

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.