Cəmiyyət

Günün resepti: qaşxəngəli

16 May 2017 07:00
15 Şərh     Baxış: 3 215

Milli.Az qaşxəngəlinin hazırlanma reseptini təqdim edir:

Hazırlanma vaxtı: 30 dəqiqə

Tərkibi və istifadə olunan ərzaqlar:

1 ədəd soğan
2 ədəd pomidor (və ya 2 ç/q tomat)
1 ədəd (1 diş) sarımsaq
100 qram kərə yağı
1 stəkan (1 kündəlik) un
2 ədəd kartof
1.5 litr su

Hazırlanma qaydası

İlk olaraq bir baş soğanı narın-narın doğrayaraq 100 qram yağda qızardana yaxın, 2 ədəd pomidoru xırda-xırda doğrayıb soğana əlavə etməliyik.
Pomidor qızarana yaxın litr yarım su əlavə edirik.

Su qaynayana yaxın, kartofu xırda-xırda kvadrat şəklində doğrayıb suya əlavə etməliyik.

Kartof bişənə yaxın, kündəni 1 santimetr qalınlığında yayıb, xırda-xırda kvadratlarla doğrayıb qazana əlavə etməliyik.

Xəmiri əlavə edib duz və istiotu zövgə görə tökəndən sonra, 5 dəqiqə qaynadıb qazı söndürüb zövqə görə göyərti əlavə edirik.

Yeməkdən əlavə olaraq, sarımsaq əzilib qatıqla qarışdırılıb süfrəyə verilir.

Nuş olsun!
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

15 Şərh:

  • Anonim
    Kürd · 16 May 07:0260

    Ela yemegdü.

    Cavab yaz
  • Anonim
    11 · 16 May 07:0930

    Qasxengeliye kartof vurulmur axi

    Cavab yaz
  • Anonim
    asi · 16 May 08:3941

    Salam hamıya...Boooyyy ay Milli.az nə yaxşı öz mətbəximizi yada saldız))..Gözümüz aydın olsun hamımızın).Bizi xəmir xörəkləri hər cür dadlı olur...Xoşladım.Bir dənə turşusu qalıb))Onu da əlavə etmək lazımdı)...Mən buna noxud ya lobya da əlavə edirəm)...

    Cavab yaz
    • Anonim
      ika.e · 16 May 11:3110

      Razıyam asi men de turşu vururam bir de noxud amma kartof vurmuram

      Cavab yaz
  • Anonim
    Nazani · 16 May 09:1920

    1 см олмаз йегин ки 1 мм дир

    Cavab yaz
  • Anonim
    Esra ibrahimli (Samaxi) · 16 May 09:2130

    Bunlar qisa aid reseptlerdi,Yay xorekleri verinde ,Meselen Zitanin tyotyasi kimi girirsiz metbexe baslayirsiniz taaxtani qoyursuz baslayirsiz 1-ci badimcani xirt-xirt doqruyursuz, ardiyca biberi, kartofu, soqani, pomidoru hamisin qazanda lap altda 1-ci doqradiqiniz soqani, ustunden kartof, ustunden badimcan, bibaer, pomidir, et qiymesi birde kesnis suyut, tezeden yene eyni qaydada her defede duz istiyot vurursuz axirda da yaq tokub 1 st su tokub bosqab qoyub aqzina vam xodda bisirirsiniz.. Eceb sandal olur nus olsunnnn esl yay xoreyiii.

    Cavab yaz
    • Anonim
      asi · 16 May 10:3210

      Əsra, bunu yəqin mənim üçün veriblər)))Bizdə hal hazırda qar yağıb indidə yağış başladı))..

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 16 May 10:4620

        Asi onda gunortaya isti xoreyun var,masallah,)) menim emim qizida noxud vurur umumen cox xoreye yeni sulu xoreklere xoslayir noxud vurmaqi.

        Cavab yaz
  • Anonim
    zzzzz · 16 May 09:2920

    Bəlkə adı qaşıq xəngəlidir......

    Cavab yaz
  • Anonim
    Nezrin · 16 May 09:3701

    iki gundu resepler hecne

    Cavab yaz
  • Anonim
    Nazani · 16 May 10:2020

    Дуздур картоф вурулмур бизде буна гашыг хенгкли дейилир бир де хемири 1 см дейил 1мм галынлыгында йаймаг лазымдыр етле де олур нохудла да лобйанын хер новуйла да йанында да мутлег лавашана йа да палчыг туршу ве йа сирке сарымсаг ким нече хошлайыр чох леззетлидир есасен гышын сойугунда нуш олсун

    Cavab yaz
  • Anonim
    ika.e · 16 May 11:4010

    Bir yay xöreyi de menden) badımcanı lay - lay dograyıb qızardın,,ayrıxa kotlet qızardın sonra boxça formasında kotleti badımcanın arasına qoyub bükün üstünü bir dilim pomidor bir dilim biber çöple berkidib düzün tavaya payrıca blendra pomidor biber yaşıl reyhan bitki yagı töküb sous halına getirin badımcanın uzerine gezdirin üstünede göyerti doğrayın qapagını baglayıb 20 deq nişirin nuşş;)

    Cavab yaz
  • Anonim
    ❤ Nara ❤ · 16 May 14:4530

    Ike.a bacim necesen?Bir dalatda men yazim.Duzdu cox adam yemek deyir coxu salat.Demek Badimcan,Bibar,Pamidor,Sarimsaq,Petruwka,Qoz,Duz,istiot.Padimcani,bibari,Pamidoru lay lay qizardirsan,sonra ara ara mayanezdeyirsen.Her qatinada sarimsaq,Qoz,petruwka,duz,istiot vurursan.Duzdu cox kalorili salatdi.Amma bize yayda qonaq gelende men hemiwe bunu hazirlayiram.Inanirsiz yemekler qalir bir terefde bu salat yeyilir.Axwamdan hazirlayib soyuducuya qoyanda dahada dadli olur.Nuw olsun.

    Cavab yaz
    • Anonim
      ika.e · 16 May 17:0310

      Salam nara bacım maraqlıdı mütleq hazırlayıb yoxlayacam

      Cavab yaz
      • Anonim
        ❤ Nara ❤ · 16 May 22:3810

        Can bacim bir defe hazirla gor ne dadli olur.Ama bir az derin qabda hazirla.Cunki pamidorun,mayanesin wiresi qiraga cixir.Mutleq arasina qoz,sarimsaq,Petruwqa vur.Cox dadli bir weydi.

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.