Cəmiyyət

Azərbaycanlı milyarderin köməkçisinin oğlu qaydanı pozdu

15 May 2017 23:33
1 Şərh     Baxış: 3 245
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol hərəkət qaydalarını pozması ilə tez-tez gündəmə gələn "Lukoil" şirkətinin vitse-prezidenti Azad Şamsuarovun oğlu Ruslan yenə də səs-küy yaradıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ruslan sosial şəbəkədə yeni videosunu paylaşıb.

Videoda iş adamının oğlunun "Galenvagen" markalı avtomobillə yenidən yol hərəkət qaydasını pozduğu əks olunub. Görüntüdə cip avtomobilinin tıxac zamanı qadağan olunmuş yolla sürətlə getdiyi yer alıb.

Bundan əvvəl Ruslan polisi təhqir etdiyi və onunla maşınla yarışa çıxdığı üçün cəzalandırılmışdı.

Videoda yer alan görüntüyə görə milyarderin köməkçisinin oğlunu daha bir cəza gözləyir. 

Qeyd edək ki, "Lukoil" şirkətinin rəhbəri azərbaycanlı milyarder Vahid Ələkbərovdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.