Cəmiyyət

Şəhid oğlu atasının xatirəsini belə əbədiləşdirdi - VİDEO

15 May 2017 22:03
6 Şərh     Baxış: 2 051

Milli.Az bildirir ki, Xətai rayon NZS qəsəbəsində küçənin girişində şəhid Rəşid Bağırovun böyük ölçüdə şəkili vurulub. Şəhid oğlu atasına vəfa borcunu ödəmək üçün plakat hazırlatdırıb.

1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Rəşid Bağırovun oğlu, atasının əziz xatirəsini yaşadır. Şəhidin adını daşıyan küçədə vurulan bu şəkilin səbəbkarı 6 yaşında atasız qalan Xəyal Bağırovdur.

28 yaşında Vətən uğrunda canından keçən Rəşid Bağırov həmin vaxt bir qız, bir oğlan atası olub. Onsuz böyüyən oğlu Xəyal Bağırov atasının qəhramanlığını nəsildən-nəsilə ötürmək üçün Xətai rayon İcra Hakimiyyətinə müraciət edib. Hazırda adına park salmaqla məşğuldur.

Park salınan ərazidən xeyli sayda boru keçir. Onların gözə çarpmaması üçün Xəyal Bağırov üzərlərini Qarabağa aid plakatlarla örtməyi planlaşdırır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəhid oğlu atasının xatirəsini belə əbədiləşdirdi

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Sebr · 15 May 22:1250

    Allah rəhmət eləsin!!Şəhidlər şəkillərdə yox Qəlblərdə beyinlərdə yaşamalıdır və yaşayır da!!!!

    Cavab yaz
  • Anonim
    Rovsen · 15 May 22:2050

    Allah rəhmət eləsin. İnşallah şəhidimizin abidəsi Qarabagda bir gun düzəldiləcəkdir. Vəfalı ogula əhsən olsun

    Cavab yaz
  • Anonim
    Adsız · 15 May 22:3220

    Allah rehmet elesin bütün şehidlerimize

    Cavab yaz
  • Anonim
    Roya · 16 May 04:0400

    Allah ataniza ve bu veten ucun canindan kecen butun sehidlerimize rehmet elesin.

    Cavab yaz
  • Anonim
    Mezahir · 16 May 05:2100

    Allah rehmet elesin.

    Cavab yaz
  • Anonim
    ANONİM · 16 May 09:0500

    Allah rehmet eləsin.icra hakimyeti verməyə yönlü yer tapmırdı?o nəyerdi pis gunde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.