Cəmiyyət

Turizm obyektlərinə nəzarət gücləndiriləcək - VİDEO

15 May 2017 22:00
0 Şərh     Baxış: 479

"Turizm obyektlərinə güclü nəzarət olmalı və bu nəzarəti bir qurum həyata keçirməlidir ki, keyfiyyətdə problem olmasın".

Milli.Az bildirir ki, bu fikirlər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Turizm haqqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib. Qanun layihəsinin ikinci oxunuş üçün müzakirələrində çıxış edən millət vəkili Elmira Axundova turizm obyektləri üzərində bir neçə qurumun nəzarət funksiyasını yerinə yetirməsinin fayda verməyəcəyinə diqqət çəkib.

Millət vəkili Araz Əlizadə isə bəzi turizm obyektlərinin inkişafdan geri qalmasını elə onların yarıtmaz fəaliyyəti ilə əlaqələndirib.

Müzakirələr nəticəsində komitədə qanun layihəsinin plenar iclasda ikinci oxunuşa çıxarılmaması və üzərində işlənməsi qərara alınıb. İclasdan sonra jurnalistlərin suallarını cavablandıran Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov isə qanun layihəsində indiyədək turizmdə çatışmazlığa səbəb olan bir sıra məsələlərin yer aldığına diqqət çəkib.

Nazirlik rəsmisi Azərbaycanda indiyədək mövcud olmayan bir sıra yeni turizm sahələrinin yaradılmasının da mümkün olduğunu və nəticədə fasiləsiz turizmin daha çox turistin ölkəyə gəlməsinə şərait yaradacağını vurğulayıb. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Turizm obyektlərinə nəzarət gücləndiriləcək

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.