Cəmiyyət

Üsuli-din nə deməkdir və hansı bəndlərdən ibarətdir?

16 May 2017 08:11
1 Şərh     Baxış: 655

Dini terminologiyada İslamın əsas əqidəvi (ideoloji) prinsiplərinə "üsuli-din" deyirlər. Hərfi tərcümədə üsuli-din "dinin kökləri" deməkdir. Əgər dini bir ağaca bənzətsək, üsuli-din onun köklərinə, fürui-din adlanan prinsiplər isə bu ağacın budaqlarına uyğun gələr.

Milli.Az islam.az-a istinadən bildirir ki, şiə və sünni məzhəblərində üsuli-din anlayışları bir qədər fərqlidir. Şiə məzhəbində üsuli-din beş maddədən ibarətdir: 1. Tövhid - Allahın varlığına və vahidliyinə inam. 2. Nübüvvət - keçmiş ilahi peyğəmbərlərin və sonuncu olaraq Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin təsdiqi. 2. İmamət - Həzrət Mühəmməddən (s) sonra 12 məsum şəxsin imamlığının təsdiqi. 4. Məad - ölümdən sonrakı həyata, qiyamətə və axirət aləminə inam. 5. Ədalət - Allahın ədalətli olmasına və baş verən hər bir hadisənin ilahi hikmətə əsaslanmasına inam. (Bəzi şiə alimləri imamət və ədaləti dinin deyil, məzhəbin əsası hesab edirlər (üsuli-məzhəb)).

Əhli-sünnə məzhəbində "üsuli-din" termini deyil, bunun əvəzinə "imanın əsasları" məfhumu daha çox işlədilir. İmanın əsasları  bənddən ibarətdir: 1. Allaha iman. 2. Peyğəmbərlərə iman. 3. Mələklərə iman. 4. Səmavi kitablara iman. 5. Axirətə iman. 6. Qəzavü qədərə iman.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ENV · 16 May 13:2400

    Helbetde Şiye yazılan doğrudu ALLAH böyükdü Rehimlidi ELHEDÜLLAH

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.