Cəmiyyət

Günün resepti: sokoladlı fondan - FOTO

11 May 2017 07:00
31 Şərh     Baxış: 7 134
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada ona hər yerdə rast gəlmək olar, tipik kiçik Paris kafelərinin menyusundan tutmuş, böyük prestijli restoranlara kimi. Siz onu demək olar ki, bütün Fransız mətbəxi haqqında olan kulinariya kitablarında tapa bilərsiniz. Onu yarımfabrikat şəklində yaxınlıqdakı supermarketdən ala bilərsiniz, şokoladlı fondanı sizə ad günlərində desert olaraq verəcəklər. Bir sözlə, o hər yerdədir...

Milli.Az lovely-culinary.com-a istinadən bildirir ki, o, qaşıqla toxunan kimi şokoladlı içliyi boşqabınıza yayılan çox dadlı bir desert növüdür. Şokoladlı fondan XXI-ci əsrin ən məşhur desertidir desək heç də yanılmarıq. Şokoladlı fondan 1981-ci ildə "dünyaya gəlib". Onun yaradıcısı məşhur fransalı baş aşbaz Mişel Brasdır.

O, öz komandası ilə 2 ilə yaxın bu desertin resepti üzərində işləmiş və nəhayət onu mükəmməlliyə çatdıra bilmişlər.

Lazım olan ərzaqlar :

  • 100 qr tünd şokolad (75 % li )
  • 50 qr kərə yağı ( yumşalmış)
  • 0.5 stəkan şəkər tozu
  • 2 yumurta
  • vanilin 1 ç.q
  • 3 x.q un
  • 1 x.q kakao

Şokoladı su hamamında (Benmari üsulu) əridin ( bir qazanda su qaynadıb üzərinə digər qabı qoyub içinə xırdalanmış şokoladı tökün. Qaynayan suyun buxarı ilə şokolad əriyəcək)

Kərə yağı və vanilini əlavə edib qarışdırın.

Şəkər tozunu da tökün.

2 yumurtanı əlavə edib yaxşı qarışdırın.

Sonda unu və kakonu qatın.

Eynicinsli məhlul alınana qədər qarışdırın.

Sonra şüşə qabları yağlayıb xəmirdən tökün.

220 dərəcədə 5-8 dəqiqə bişirin. Bişmə müddətindən asılı olaraq fondanın içi axıcı və ya çox saxlasanız içi bişib sadəcə şokoladlı keks olacaq.

Nuş olsun!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.