Cəmiyyət

Bakıda yol faciəsi - YENİLƏNİB - VİDEO - FOTO

20 İyun 2017 08:48
2 Şərh     Baxış: 2 538

08:48

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Audi" markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.
Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

03:33

Paytaxtın mərkəzi prospektində piyadanın ölümü ilə nəticələnən qəza hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, avtomobilin vurduğu şəxs hadisə yerindəcə keçinib.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Aeroport yolunda

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    cavid · 20 İyun 09:5010

    ALLAH rəhmət eləsin. amma şəkildə arxa fona baxanda piyada keçidinin olduğu hiss olunur. niyə bu piyadalar keçidlərdən istifadə etmirlər? özü də aeroport yolundakı sürət həddi hamıya bəllidir. iki ailəyə də ALLAH səbr versin.

    Cavab yaz
  • Anonim
    DD · 20 İyun 09:5510

    Piyada keçidi olan ərazidə yüksək sürət həddi olan magistralda bu rəhmətliyin nə işi var axi? Kiminsə ağılsız hərəkətinə görə öz yolu ilə gedən sürücü niyə əziyyət çəkməlidi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.