Cəmiyyət

Xolesterinə nəzarətin dərmansız üsulu

30 Aprel 2017 23:02
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pensilvaniya Universitetindən olan tədqiqatçıların apardığı yeni, ziddiyyətli tədqiqatın nəticələrinə görə, yerfındığı (araxis) ürək tutmaları və insultların qarşısını almağa qadirdir.
 
Standart qida qəbulu zamanı 3 unsiya (85 qram) yerfındığı yeyilərsə, qanda zərərli yağların (triqliseridlərin) miqdarına nəzarət etmək mümkün olar. Nəticədə damarlar təmiz qalar və tutulmaz.
 
Məlum olduğu kimi, zərərli yağlar, xolesterol və başqa maddələr qan damarlarının divarlarına toplanaraq burada sərt kirəc əmələ gətirir. Nəticədə damarların daralması və elastikliyinin azalması, başqa sözlə, ateroskleroz baş verir.
 
Milli.Az oxu.az-a istinadən bildirir ki, zaman keçdikcə ateroskleroz bədəndə qan dövranının zəifləməsinə yol açır, bu isə ürəyin daha gərgin işləməsinə səbəb olur. Nəticədə arteriyalar tutula, bədəndə problemlər, o cümlədən kardiovaskulyar xəstəliklərin yaranması riski ciddi şəkildə arta bilər.
 
Belə çıxır ki, yerfındığı ateroskleroz riskini azaltmağa qadirdir. Pensilvaniya Universitetinin alimlərinin sözlərinə görə, adətən qida qəbulundan sonra qanda triqliseridlərin səviyyəsinin artması səbəbindən damarların elastikliyi azalır. Elastikliyin azalması isə damarların daralmasına yol aça bilər.
 
Ancaq əgər adi qida ilə birlikdə yerfındığı da yeyilərsə, bu reaksiyadan yan keçmək olar. Alimlər yerfındığı yeməyin bu effektini artıq çəkili, yaşları 20-50 arasında olan 15 sağlam kişi könüllünün üzərində sınaqdan keçiriblər. Alimlər onları qruplara bölüblər. Qruplardan birinə tərkibində çoxlu yağ olan nahar və içki şəklində 3 unsiya üyüdülmüş duzsuz yerfındığı verilib. İkinci qrupa isə eyni nahar və plasebo (əslində heç bir xüsusi təsiri olmayan) içki verilib.
 
Alimlər analiz üçün könüllülərdən qan alıblar. Onların qanlarında yağların və insulinin səviyyəsi yoxlanılıb. Ultrasəs diaqnostikası isə damarlarda qan dövranını dəyərləndirməyə imkan verib. Birinci qrupdakı könüllülərin qanında triqliseridlərin səviyyəsinin 32% aşağı düşməsi müşahidə olunub. Həmçinin, onların qan dövranı üçün heç bir maneə qeydə alınmayıb.
 
Tədqiqatı maliyyələşdirən Yerfındığı İnstitutu vurğulayıb ki, eyni effekti yerfındığını bütöv halda yeməklə də əldə etmək mümkündür.
 
Tədqiqatın nəticələri martın 29-da "Journal of Nutrition" jurnalında dərc edilib.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.