Cəmiyyət

Hər xeyirli meyvə-tərəvəz xeyirli deyil?

30 Aprel 2017 19:37
0 Şərh     Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The İndependent" qəzetində dərc edilmiş elmi məqalədə deyilir ki, meyvə-tərəvəz bir qayda olaraq sağlamlığa xeyirli qidalar kimi təbliğ olunur, lakin bunların heç də hamısı 100 faiz ziyansız sayıla bilməz.
Kardioloq, ürək cərrahı və avtoimmun xəstəlikləri eksperti Steven Gundry deyib ki, qidalı tərəvəzlərin bəzi növləri həzm sistemi üçün ciddi problemlər yarada bilər.
Mind Body Green saytına mesahibəsində Gundry izah edir ki, söhbət xüsusilə də bitki proteinlərinin - zülallarının birindən gedir: lektindən.
Həkim bildirir ki, bu kiçik züllalar müəyyən bitkilərin toxumalarında bu bitkilərin ziyanvericilərdən qorunmasına xidmət edir.
Doktorun fikrincə, məhz lektin zülalı Amerikanın səhiyyə böhranında əsas rollardan birini oynayır.
Məqalədə deyilir ki, lektinlər əsasən kəpəkli buğda ununda, püstəkimilərdə, paxlalılarda, badımcanda, qarğıdalıda, qara düyüdə, pomidor və günəbaxan tumlarında daha çoxdur.
"Lektin müxtəlif xəstəliklərə, bakteriya və viruslara həssas elə bir zülaldır ki, siz onu yeyəndə şəkər, nişasta və lifləri sizin orqanizminizdə müəyyən hüceyrələrə toplaşmağa məcbur edir" - deyir Gundry.
Milli.Az BBC-yə istinadən bildirir ki, alimin fikrincə lektinlər bir sıra mühüm hüceyrələrin öz arasındakı kommunikasiyaya mane olur. Bu baş verəndə isə orqanizm buna iltihabla və ya ayağın işləməsi və qusma ilə reaksiya verir.
Bundan başqa hüceyrələr arasında kommunikasiyanın pozulması yorğunluq və unutqanlıq kimi simptomlarla müşayiət oluna bilər.
Doktor Gundry inanır ki, siz lektin qəbulunu məhdudlaşdırmaqla daha sağlam ola bilərsiniz.
Onun fikrincə kəpəkli çörəkdənsə, ağ çörək daha yaxşıdır, pomidorun isə yeməzdən əvvəl qabığını soymaq, toxumlarını çıxarmaq lazımdır.
Həkim bir də tənəkədə konservləşdirilmiş lobyadansa, təzə lobyanı məsləhət görür.
Gundry deyir ki, Braziliya fıstığının (o onsuzda qoz yox, toxum sayılır) əvəzinə pekan, qoz və makadamiya yemək daha faydalıdır.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.