Cəmiyyət

İntihar edən məhbusla bağlı RƏSMİ AÇIQLAMA

30 Aprel 2017 13:40
1 Şərh     Baxış: 2 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluq Qələndərov Mehman Hüseyn oğlunun intihar etməsi ilə bağlı məlumat yayıb.

Milli.Az bildiririr ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, M. Qələndərov aprelin 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edib. Onun barəsində Nəsimi məhkəməsi tərəfindən 3 aylıq həbs qətimkan tədbiri seçilib. M. Qələndərov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.