Cəmiyyət

Şri-Lankalı iştirakçı: "Çox sayda əcnəbilərin də marafona qatılması xoşdur" - FOTO

30 Aprel 2017 09:45
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün "Bakı Marafonu 2017"ə şəhərimizin qonaqları, əcnəbilər də qoşulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Şri-Lankadan olan şəhərimizdə tikinti şirkətlərindən birində çalışan Atula Gedar ilk dəfədir "Bakı Marafonu"na qatılır: "Bakıda keçirilən bu möhtəşəm marafona ilk dəfədir qatılıram. Bundan öncə isə Dubay marafonunda iştirak etmişəm. Çox yüksək əhval-ruhiyyədəyəm".

Marafon iştirakçısı marafona hazırlığın da yüksək səviyyyədə olduğunu qeyd edib: "Hər şey yüksək səviyyədə təşkil olunub. Ən çox xoş olan isə odur ki, marafona azərbaycanlılarla yanaşı çox sayda digər ölkə nümayəndələri də qatılıb".

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Bakı Marafonuna start verilir.

Marafon Dənizkənarı Bulvar İdarəsi və Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.

Dövlət Bayrağı Meydanından start götürən marafon Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

"Bakı Marafonu 2017" yarışında qaliblər iki kateqoriya - kişi və qadınlar üzrə müəyyən olunacaq. Kateqoriyaların hər birində 1-ci yerin sahibi 3000 AZN, 2-ci yerin sahibi 2000 AZN, 3-cü yer tutan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif ediləcəklər.

Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək.

7-ci və 8-ci yerin sahiblərinə "Bakı Marafonu 2017"nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 AZN-lik hədiyyə kuponu veriləcək.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

"Bakı Marafonu"nun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir. Marafon "Küləyə qalib gəl" şüarı altında keçirilir.

"Bakı Marafonu 2017"dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.