Cəmiyyət

10 manata satılanı da var, 250 manata olanı da - VİDEO

29 Aprel 2017 21:22
0 Şərh     Baxış: 2 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10 manata satılanı da var, 250 manata olanı da. Söhbət nərdtaxtadan gedir. Ölkəmizdə geniş yayılan bu oyuna hər zaman maraq böyük olsa da nərtaxta satanlar alıcıların əvvəlki kimi çox olmadığını deyirlər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kimisi oynamaq üçün alır kimisi isə suvenir kimi. İndi nərdatxatlara daha çox suvenir tükanlarında rast gəlinir qiymətləri isə bir birinbdən xeyli fərqlənir. Belə ki 10 manata da satılanı var 250 manata da. qiymətlər arasındakı kəskin fərq isə onun hazırlanması üsulundan asılıdır.
Satıcılar deyir ki, xüsusən cəzaçəkmə müəssisələrində hazırlana nərdaxtalar daha baha olur. Belə ki əl işi olan belə nərdtaxtalar xüsusi işləmələrlə bəzədilir. Satıcılar deyir ki indi nərtaxta alanların sayı azalıb.
Yaxşı nərdtaxta isə fıstıq və qoz ağaclarından hazırlananlardı ki ,onlar da çəkisi ilə digər nərdlərdən fərqlənir.
30 ildir ki, nərdtaxta satıcılığı ilə məşğul olan Rafiq Zeynalov deyir ki, yaxşı nərdtaxtanın həmişə alıcısı var. Yaxşı nərdtaxtanı hazırlamaq üçün isə azı 15 - gün vaxt lazımdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Nərdtaxta qiymətləri

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.