Cəmiyyət

Şadlıq sarayları taktikanı dəyişir- VİDEO

29 Aprel 2017 21:16
2 Şərh     Baxış: 4 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rayonlarda şadlıq sarayları təcrübəsi Bakıdakı kimi deyil. Bakıda saraylar bütün xidmətləri özləri edir, ümumi məbləğ tələb edirlər. Rayonlarda isə əksinə, şadlıq sarayı sadəcə icarəyə götürülür, bütün xidmətləri isə toy sahibi özü görür. Ki, bu daha ucuz başa gəlir. Son vaxtlar toyların azalması Bakıdakı şadlıq saraylarının da bu metoda əl atmasına səbəb olub. Artıq bir neçə saray icarə haqda qərar qəbul edib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir vaxtların ən gəlirli bizneslərindən olan Şadlıq evləri yavaş yavaş dəbdən düşür.
Bakıdakı şadlıq saraylarının bəziləri icarə metodu ilə işləməyə başlayıb. Deyildiyi kimi, buna səbəb toyların azalmasıdır.
Artıq rayonlardakı kimi Bakıda da sadəcə icarə haqqını ödəyib, digər xidmətləri toy sahibi özü görə bilir. Bir günlük icarə haqqına gəlincə.
Toy üçün nəzərdə tutulan bütün məhsulları toy sahibi özü alır. Menyuya nələri daxil edəcəyinə də özü qərar verir. Şadlıq Sarayı isə aldğı icarə haqqının qarşılığında bir neçə xidməti yerinə yerinə yetirir. Toy sahibi hətta ofisiant və aşbazları da özü gətirə bilər.
Toyun icarəyə götürülən şadlıq sarayında edilməsi toy sahibinə daha ucuz başa gəlir.
Lakin şadlıq sarayları icarə zamanı toy sahibi tərəfindən alınıb gətirilən məhsulların keyfiyyətinə nəzarəti öz üzərlərində saxlayır.
Ehtimal edilir ki, tezliklə bir çox şadlıq sarayı da icarə taktikasından istifadə edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Şadlıq sarayları taktikanı dəyişir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.