Cəmiyyət

Məktəb sayı ən çox və ən az olan rayonların ADI AÇIQLANDI

29 Aprel 2017 15:31
2 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda təhsil alan ümumi şagirdlərin sayı 1.473.189 nəfərdir. 

Milli.Az bildirir ki, APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatında qeyd edilib ki, təhsil alanların sayı ən çox olan rayon Sabunçu (59.088 nəfər), ən az olan isə Naxçıvan Muxtar Respublikasının Sədərək (1.296 nəfər) rayonudur. Azərbaycanda məktəblər gündüz və digər ümumtəhsil müəssisələri olmaqla iki yerə ayrılır və onların ümumilikdə sayı 4.476-dır. Bu məktəblərin 3.300-ü və ya 73.73%-i tam orta, 804-ü və ya 17,96%-i ümumi orta, 329-u və ya 7.35%-i isə ibtidai məktəbdir. Digər növ məktəblərin sayı az olub və ümumi çəkidə 1%-ə çatmır. Onlardan 17-si internat tipli məktəblər, 13-ü internat siniflərdir. Axşam, qiyabi məktəblər və siniflərin sayı isə müvafiq olaraq 7 və 6-dır.

Azərbaycanda ən çox məktəb olan rayonlara gəlincə, qeyd olunub ki, ümumtəhsil müəssisələrindən 316-sı Bakı şəhərində, 216-sı Naxçıvan Muxtar Respublikasında, 739-u 6 şəhərdə - Quba (135), Ağdam (135), Cəlilabad (125), Xaçmaz (123), Laçın (111), Kəlbəcərdə (110) yerləşir. Qalan 3.205 məktəb isə respublikanın digər rayon və şəhərlərinin payına düşür.

Naftalan şəhəri isə 3 məktəblə sıralanmada sonuncu yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.