Cəmiyyət

Azərbaycanlı qadın pilotun ölümünün ÜRƏKDAĞLAYAN HEKAYƏSİ - VİDEO - FOTO

29 Aprel 2017 11:45
7 Şərh     Baxış: 2 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Yolun sonu" verilişində bu dəfə Azərbaycanın ilk qadın hərbi pilotu olan Dilarə Babayevanın həyat hekayəsindən bəhs edilib.

Milli.Az xəbər evrir ki, mərhumun valideynləri ilə yanaşı iş yoldaşları da onun barəsində olduqca qürurla danışıblar.

Aydın Babayev (atası): "Onu oğlan kimi böyütmüşəm. Bacarıqlı uşaq idi. Öz üzərində çalışırdı. Hərbiyə gedəndən sonra 15 il orada oldu. İki il cəmi onu gördüm. Öz istəyi ilə hərbini seçdi. Oxudu, çətinliklərə dözdü. 1 il iş xəbərin gözlədi, sonda cavab gəldi. Sevincindən tullandı üstümə, öpdü məni. 1 ildən sonra, nəhayət ki, uçdu. İlk dəfə uçanda çox sevindi, mən də xeyir-duamı verdim. Amma çox qorxurdum. Heç vaxt onu tərifləmirdim. Mən onu sevirdim. Hər sözü mənə demirdi. Mən işdəydim, zəng elədi, anasına verdim danışdı. Anası getdi yanına. Çıxdım gördüm sistem altında uzanıb. Əməliyyat olunmuşdu. Hər şey yaxşı idi. Səhəri gün xəbər elədilər ki, qızın keçinib".

Səmayə Babayeva (anası): "Hamı ona oğlansan deyirdi. Məktəbə gedəndə idmana da gedirdi. Karatedə qara kəmərə qədər qazandı. Çox əziyyət çəkmişəm onun üçün. Uşaqlarımı yerdə yatızdırırdım. Atası işdən gələndə mən gedirdim. 19 yaşlarına kimi onları elə saxlamışam. Qızım mənə deyirdi ki, mən işləyəndə maaşımızı yarı bölərik. Onu çox az görürdük. Çox gözləmişəm qızımı. O, mənim hər şeyim idi. Onun arzusu ancaq oxumaq idi. Evləndirmək qərarına gəldik. Birini sevdi. Evləndi. Təlaşla məni yanına çağırdı. Soruşdum ki, nə yemisən? Dedi ki, qarpız yemişəm. Səhhətində problem yarandı. Xəstəxanaya apardıq. Həkim dedi ki, bunun xəstəliyi başqa şeydir, mədə yumaqla keçməz. Təzyiqi qalxmışdı. Əməliyyat olundu. Dedi ki, mədəm partlayır. Qızımın ölüm xəbərin eşidəndə bilmədim mənə nə oldu. Qəbullana bilmirdim. Mən onsuz yaşaya bilmirəm".

Cavid Novruzov (iş yoldaşı): "Xidmətə başladığı dövrlərdən hər kəs onu sevmişdi. Bizimlə daha yaxın münasibət yaratdı. O, öz bilik və bacarıqlarını bizdən əsirgəmirdi. Onunla uçanda ekipaj üzvləri çox rahat olurdu. Onun acı xəbəri gözlənilməz oldu".

Fatma Qürbətova (iş yoldaşı): "O, çox deyib-gülən biri idi. Səmimiliyinə söz ola bilməz. Çox gözəl insan olub. Hərbidə isə çox ciddi olub. Ana olacağı üçün çox sevinirdi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı ilk qadın pilotun ölümünün ÜRƏK DAĞLAYAN TƏFƏRRÜATLARI

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.