Cəmiyyət

Ölən körpəyə dua

30 Aprel 2017 20:35
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həddi-büluğ dövrünə çatmadan ölən uşaqlar günahsızdırlar və cənnətlikdirlər. Deməli, onların bağışlanmağı üçün dua etmək lazım deyil.

Milli.Az zikr.az-a istinadən bildirir ki, ancaq böyük hədis alimi əl-Buxari tabeinin görkəmli alimlərindən biri olan Həsən Bəsrinin ölən kiçik uşaqlar haqqında belə dediyini nəql edir:

Uşaq öldükdə meyyit namazını qıldıran şəxs Fatihə verməlidir. Sonra da belə dua etməlidir:

"Ya Rəbbi! Bu uşağı Cənnətdə bizim üçün qarşılayan, təşrifatçı və axirət ərməğanı et"

اَللًّهُمَّ اجْعَلْهُ لَنا فَرَطاً وسَلَفاً وأَجْراً

Duanın oxunuşu: Allahummə'cəlhu ləna fəratan və sələfən və əcran. (Mənbə: Buxari, Cənaiz, 65)

Bu dua uşaqlar üçün qılınan meyyit namazında edilir. Bu duanı əslində həmişə oxumaq olar. Bundan başqa nəsə etmək lazım deyil.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.