Cəmiyyət

Ögeyananın doğma təsiri

30 Aprel 2017 19:20
0 Şərh     Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kisədən tütün qurtaranda köhnə kişilər dəvədabanının quru yarpaqlarını ovaraq tənbəki kağızının arasına doldurub çəkərdilər. Diş ağrıları zamanı belə papiros ağrıkəsici təsir göstərir.

İri dəvədabanı yarpaqlarının alt üzü tükcüklərlə örtülü, o biri üzü isə sərt, çılpaq və soyuqdur. Yarpağının üzləri arasındakı bu cür kəskin fərqlərə, ögey-doğmalığa görə ona ögeyana da deyirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dəvədabanının bir növü var ki, onun meyvələri, başqa bir növünün kökü eynən dəvənin daban izlərini xatırladır. Görünür ki, onun adı da buradan qaynaqlanıb. Sulu yerdə bitən dəvədabanının şapalaq kimi iri yarpaqları olur. Hətta bəzi rayonlarda dəvədabanı yarpaqlarına dolma da bükürlər.

Dəvədabanı və ya ögeyananın yarpaqları Bolqarıstanda mədə-bağırsaq traktının iltihabında, iştahasızlıqda və dəri xəstəliklərində yumşaldıcı vasitə kimi, Polşa və Almaniyada tənəffüs yolları xəstəliklərində, öskürək zamanı iltihabi proseslərdə, bronxit, plevrit və bronxial astmada, Fransada isə digər dərman bitkiləri ilə birlikdə sinə eliksiri kimi istifadə olunur. Bolqar həkimlərin tədqiqatlar nəticəsində belə qənaətə gəliblər ki, bitkinin yarpaqlarının bişirməsi və əzilmiş təzə yarpaqları ayaq venaları və dərinin iltihabı proseslərinə yüngülləşdirici təsir göstərir.

Müasir təbabətdə dəvədabanı yarpaqlarının preparatları bəlğəmtəmizləyici, dezinfeksiyaedici və iltihab əleyhinə təsir göstərən vasitə kimi müxtəlif xəstəliklərdə, xalq təbabətində isə yarpaqlarının dəmləmə, bişirmə və şirəsi diş ağrıları, qrip, artrit, miozit, allergiya, epilepsiya, mastit, malyariya və digər xəstəliklərdə istifadə edilir. Yarpaqlarının bişirməsi və təzə yarpaqlarının şirəsi dərinin irinli yaraları, yanıq və şişlər zamanı çox xeyirlidir, boğaz ağrılarında isə qarqara kimi tətbiqi faydalı vasitədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.