Cəmiyyət

Konyunktivit və onun növləri

30 Aprel 2017 20:20
2 Şərh     Baxış: 2 561
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Konyunktivit gözün selikli qişasının iltihabı xəstəliyidir. Bu xəstəlik gözün qızarması, qıcıqlanması, "yad cisim" hissiyatı ilə özünü biruzə verir. Həmçinin səhərlər göz qapaqlarının yapışması və müxtəlif xarakterli, yəni irin, selik və bu kimi digər ifrazatlarla müşahidə olunur. Bundan əlavə göz qapaqlarında şişkinlik, konyunktivada hiperemiya və yaşaxma müşahidə oluna bilər. Bu xəstəliyin bakterial, virus mənşəli və ya allergik növləri var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bakterial konyunktivitin müalicəsində geniş spektrli antibiotik damcı və məlhəmlərdən istifadə edilir.

Virus konyunktivitində antibiotik müalicə effektiv deyil. Əgər ikincili infeksiya qoşularsa bu zaman antibiotik damcılardan istifadə etmək lazımdır. Virus konyunktivtinin müalicəsində soyuq kompres, virus əleyhinə damcılar, süni göz yaşı əvəzedicilərdən istifdə edilir.

Allergik konyunktivitin müalicəsi sensibilizasiya edici faktorun aradan qaldırılması, antihistamin preparatlar, tosqun hüceyrə stabilizatorları, steroid və qeyri-steroid iltihabəleyhinə vasitələrdən istifadə edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.