Cəmiyyət

Bakıda motosikletlə vurularaq öldürülənin kimliyi bilindi - FOTO

27 Aprel 2017 22:32
0 Şərh     Baxış: 1 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, 1979-cu il təvəllüdlü Hüseynov Hüseyn Ağamehdi oğludur.
Hadisə aprelin 24-də Yasamal rayonunda baş verib. 1992-ci il təvəllüdlü Rüstəmov Elvin Əliağa oğlu idarə etdiyi "10-B-695" dövlət qeydiyyat nişanlı, "Yamaha" markalı motosikletlə İnşaatçılar prospektində yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən keçən H.Hüseynovu vurub. Nəticədə həm piyada, həm də motosikletin sürücüsü E.Rüstəmov ağır xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.