Cəmiyyət

Şadlıq saraylarının may kabusu başlayır - VİDEO

27 Aprel 2017 21:27
1 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Ramazan ayı may ayının sonunda başlayır. Deyə bilərsiniz ki, burda nə var axı!? Məsələyə şadlıq saraylarının sahiblərinin gözü ilə baxsanız, nə olduğunu bilərsiniz. Bu, iki ay toysuzluq deməkdir. Ancaq restoran sahibləri bundan da çıxış yolu tapıblar: qiymətlərə endirim etməklə. Əlbəttə, onlar bu endirimləri əsasən may ayı üçün nəzərdə tutublar. Çünki mayda toy etməməyin heç bir əsası yoxdur.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, insanların mayda toy etməmək ənənəsi şadlıq saraylarını 1 ay işsiz qoyur.
Bu il isə vəziyyət daha qəlizdir, çünki maın ardınca Ramazan ayı başlayır və ramazanda insanlar ümumiyyətlə toy etmir. Bu da şadlıq saraylarının iki ay toysuz qalacağı deməkdir.
Belə vəziyyətdə heç olmasa may ayından yararlanmaq üçün şadlıq sarayları müxtəlif endirimlər tətbiq etməyi planlaşdırır.
Bu sahədə çalışanlar may ayı sindromunun heç bir mənası olmadığını bir daha xatırladırlar.
Qeyd edək ki, Azərbaycanda may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar arasında bu ayın uğursuzluğu ilə bağlı mif var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Нажмите на видео для просмотра:
Şadlıq saraylarının may ayı kabusu başlayır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.