Cəmiyyət

8 yaşlı Nihad avtomobil dartır - balaca pəhləvan - VİDEO

27 Aprel 2017 21:24
2 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2 -ci sinifdə oxuyan uşağın güc baxımından potensialı o qədər də çox olmur. Sözsüz ki, böyük əmək sərf etsəniz gələcəkdə peşəkar idmançı ola bilər. Əgər 8 yaşlı bir uşaqda avtomobili dartmaq gücü varsa bu artıq əmək sərf edilməsi yox fitri istedatdır. Məşhur aktyor Van Dammın orta yaşlarında etdiklərini Nihad Ağayev 2-ci sinifdə ikən edir. Parlaq gələcəyə sahib olan pəhləvanı siz də tanıyın.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, 8 yaşı,1 metrdən artıq boyu, 17 kiloqram çəkisi var. Amma etdiyi hərəkətlər yaşından,çəkisindən dəfələrlə artıqdır.
2-ci sinif şagirdi görənləri heyrətləndirir. Mingəçevirdə yaşayan Nihad Ağayev, məşhur hollivud aktyoru Jan-Klod Van Dammın hərəkətlərini yaşının az olmasına baxmayaraq məharətlə təkrarlıyır. Kiçik pəhləvan əvvəlcə iki avtomobilin üzərində olan stullarda "şpaqat" açır. Sonra eyni hərəkəti yanaşı gedən avtomobillərin üstündə davam etdirib.
Qeyri-adi gücə malik Nihat Ağayev avtomobili dişi ilə dartmaqla ətrafdakıları da şoka salır. Uşaq atasına məxsus avtomobili yerindən bir neçə metr hərəkətə gətirməyi bacarıb.
Oğlunun qeyri-adi gücə malik olduğunu deyən Emin Ağayev, övladını 4 yaşından məşqlərə aparıb.
Emin Ağayev oğlunun qeyri-adi bacarıqları ilə Ginnesin rekordlar kitabına düşəcəyinə inanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Нажмите на видео для просмотра:
8 yaşlı uşaq avtomobil dartır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.