Cəmiyyət

Bu qız ölən dayısının evindən oğurluq etdi - Azərbaycanda rəzalət - VİDEO - FOTO

27 Aprel 2017 21:17
7 Şərh     Baxış: 2 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qız dayısının evindən oğurluq edib. Nərimanov rayonunda baş verən hadisə zamanı evdən 10 min manatdan çox dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb. Ancaq çox keçməyib ki, polis hadisəni törədən şəxsləri saxlayıb

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Bakıda dayısı evindən oğurluq edən qadın tutulub. Hadisə Nərimanov rayonu ərazisindəki mənzillərin birində qeydə alınıb. Rayon sakini Lalə İspəndiyarova polisə müraciət edərək, evindən 12500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Oğurluq hadisəsi zərərçəkən şəxs ailə üzvləri ilə birgə Sabirabad rayonunda olan zaman baş verib. Dərhal Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıblar. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil ola biliblər.
Hadisənin baş verdiyi mənzil cinayəti törətməkdə şübhəli bilən Nərmin Mustafayevanın dünyasını dəyişən dayısına məxsus olub.
Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda gənc qız dayısının evini sevgilisinə oğurlatdırdı

Bu qız ölən dayısının evindən oğurluq etdi - Azərbaycanda rəzalət

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.