Cəmiyyət

Bu sürücülər cərimələnəcək - İslamiada zamanı - VİDEO

27 Aprel 2017 21:13
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn həftədən etibarən paytaxtda xüsusi oyunlar üçün nəzərdə tutulmuş zolaqlarda hərəkət edən sürücülər inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. Qaydaları pozan sürücülər 40 manat cərimələnəcəklər.

İslam Həmrəyliyi Oyunları ilə bağlı yollara çəkilmiş xüsusi zolaqlarla əlaqədar qadağaların qüvvədə olacağı vaxt məlum oldu.
Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib.Sərəncama əsasən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından ancaq oyunlara cəlb olunmuş nəqliyyat vasitələri istifadə edə biləcək.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin dediyinə görə, Oyunlara cəlb olunmuş nəqliyyat vasitələri ilə yanaşı operativ nəqliyyat vasitələri də həmin zolaqda hərəkət edə bilər. Xüsusi icazəsi olmayan digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər.
Kamran Əliyev həmçinin, oyunlar zamanı nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarətin gücləndiriləcəyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Нажмите на видео для просмотра:
Bu sürücülər cərimələnəcək - İslamiada zamanı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.