Cəmiyyət

Artıq tamah baş yarar – HEKAYƏ

29 Aprel 2017 19:40
0 Şərh     Baxış: 8 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərq dövlətlərindən birinin şahı öz dövlətində bir neçə məhsulların satışına qadağa qoymuşdur. Bu məmləkətdə öz tamahkarlığı ilə xüsusi seçilən Madər adında bir tacir də yaşayırdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Tacir Madər nəfsini basa bilməyib, qadağan olunmuş mallardan altdan-altdan satırdı.
Qadağan olunmuş malların gizlin satışı ilə məşğul olan bu taciri həbs edib, muhakimə etmək üçün məhkəməyə aparırlar.
Hakim cinayət etmiş tacir Madəri törətdiyi cinayətə görə üç cəzadan birini seçməsini təklif edir.
Tacir Madər törətdiyi cinayətə görə aşağıda sadalanan üç cəzadan birini seçməli idi:
- ya 150 dinar cərimə verməli;
- ya 2 girvənkə (1 girvənkə = 400 qr) acı bibər yeməli;
- ya da 50 şallaq vurulmalı.
Tacir Madər o qədər xəsis idi ki, hə nə desən etməyə hazır idi, təki pul verməsin.
Tacir Madər 2 girvənkə acı bibər yemək qərarına gəlir. Bibərlərin yarısını yemişdi ki, halı pisləşir və hakimdən cəzasının dəyişdirilməsini xahiş edir.
Və öz-özünə deyir:
- Pul verməkdənsə, 50 şallaq yemək yaxşıdır.
Hakim tacir Madərin halını görüb, ona yazığı gəlir və cəzanı şallağa dəyişir.
Hökmü icra edən məmur cəzanın yarısını yerinə yetirmişdi ki, tacir Madər özündən gedir. Özünə gəldikdən sonra hakimə yalvarıb, qərarını dəyişməsini xahiş edir.
Tacir Madər 150 dinar ödəyərək, cəzadan azad olur.
Tamahkarlıq və xəsislik bu insana bir cəza əvəzinə, üç cəza çəkdirir.
İmam Əli (ə) buyurub: "Dünya sevgisi tamahkarlıq gətirər".
İmam Əli (ə) yenə buyurub: "Tamahkarlıq əbədi köləlikdir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.