Cəmiyyət

Qəm və qüssəni bu zikrlə aradan aparın

29 Aprel 2017 22:10
1 Şərh     Baxış: 1 462
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiq (ə) buyurur: "Təəccüb edirəm dörd nəfərə görə ki, dörd giriftarlıqları vardır, necə bu dörd şeyə pənah aparmırlar. ... (İmam (ə) onlardan birini belə şərh edir). Təəccüb edirəm o kəsə ki, qəm və qüssəyə düçar olmuşdur, ancaq bu sözə pənah aparmırlar: ""(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyib və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam". Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk". ("Ənbiya" 87-88).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu ayədən və hədisdən də göründüyü kimi, söhbət "Yunusiyyə" zikrindən gedir. Hər kim bu zikrə pənah aparar və onu səsləndirər, Allah onu dünya və axirətin qəm və qüssəsindən xilas edər, necə ki, Yunusu (ə) balığın qarnından xilas etmişdir.
Həzrət Yunus (ə) zikr əhli olduğu üçün, qərar tutduğu ağır vəziyyətdən nicat tapa bilir. O, bu zikrdə əslində Allaha demir ki, məni xilas et. Sadəcə Allahın qüdrətini etiraf edərək, özünün zülmkar olduğunu dilinə gətirir. Əslində bu zikr onu demək istəyir ki, Allahdan savayı heç kəs insanın qəm və qüssəsini, giriftarlıqlarını aradan apara bilməz.
Bundan başqa, Allahın pak və münəzzəh olduğunu etiraf edər. Dilinə gətirər ki, Allahdan heç bir şər əməl çıxmaz. Bu, insandır ki, özü-özünə zülm edər və günah edər. Hər kim bu təfəkkürdə olarsa, bərzəx gözünün açıldığını bir daha sübut etmiş olar.
Alimlərimiz bu zikri gün ərzində 400 və ondan da çox deməyi tövsiyə edirlər, həm səcdə halında və həm də qeyri hallarda. Əgər səcdə halında olarsa, daha təsirli olar. Hətta bu zikrin bərzəx gözünün açılmasına vəsilə olduğunu söyləyən alimlərimiz də vardır. (Tebyan)
Bu zikr ancaq Yunus (ə) peyğəmbərə məxsus deyildir, əslində darda olan və xilas olmaq istəyən hər bir insana aiddir. Balığın qarnından nicat tapmağa aid deyildir, əslində bütün bəla və giriftarlıqları aradan qaldırmaq üçündür. Ona görə də bu zikri unutmayaq və onun bərəkətlərindən faydalanaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.