Cəmiyyət

Görmə qüsuru olanlar üçün xüsusi eynək

29 Aprel 2017 19:10
1 Şərh     Baxış: 1 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görmə qüsuru olan əlillər dünyada getdikcə artmaqdadır. Xüsusilə uşaqlarda daha çox müşahidə edilən bu qüsurlar nadir hallarda müalicə edilə bilinir. Görmə maneəsini aradan qaldırmaq üçün bir çox araşdırmalar aparılır və çıxış yolları axtarılır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, son aparılan araşdırmaların nəticələri olduqca maraqlıdır. Belə ki, Kanadada hazırlanan xüsusi eynək, gözdən əlillərə ümid verdi. Eynəyi istifadə edən 75% görməyən 13 yaşlı bir uşaq basketbol yarışına çıxdı.
Görmə qüsuru olan uşaq, xüsusi eynək sayəsində basketbol oynaya bildi. Kanadanın Toronto şəhərində bir texnologiya şirkəti tərəfindən hazırlanan xüsusi eynək, 75% nisbətində görmə qüsuru olan 13 yaşındakı İtn Lakruada ümid yaratdı. Lakrua eynəyi taxdı, ilk taxdığı anda ona göstərilən bir yazını, otağın o biri ucundan belə oxuya bilirdi.
Eynəyin ortasında yüksək axtarma dəqiqliyinə sahib bir kamera var. Kameradan əldə edilən görüntü, eynəyin daxili hissəsindəki xüsusi ekranda əks etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.