Cəmiyyət

Dişəti şişməsinə qarşı nə etmək olar?

29 Aprel 2017 22:45
1 Şərh     Baxış: 13 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Duzlu su: Duzlu su ağız problemlərində ən məşhur istifadə edilən vasitələrdən biridir. Duzlu suyu qarqara edərək şişmiş dişləri müalicə edə bilərsiniz. Bir stəkan ilıq suya bir yemək qaşığı duz əlavə edin və ağızınızı səhər və gecə yeməklərindən sonra yuyun.

Mixək yağı: Mixək yağı, şişmiş dişləri​ müalicə etmək üçün istifadə edilən başqa bir ev üsuludur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təsirlənən bölgəyə mixək yağı tətbiq etməklə​ dişətlərinizdəki şişməni azalda bilər. İltihab və ağrını azaltmaq üçün qara bibər ilə qarışıq mixək yağı istifadə edə bilərsiniz. Mütəxəssislər, rahatlamağa köməkçi olmaq üçün mixək çeynəməyi də təklif edirlər.
Soda: Şişmiş dişətlərinə qarşı bir çox insan soda istifadə edir. Sadəcə soda ilə sarıkökü qarışdırıb, dişətlərinizi bu qarışıq ilə masaj etməkdir. Dişlərinizi fırçalamaq üçün soda istifadə edərək də şişmiş dişləri müalicə edə bilərsiniz.
 
Nanə yağı:
Nanə yağının, bakteriyaları yox edən və ağrılı şişməyi yüngülləşdirən, hərarəti aşağı salan xüsusiyyətləri vardır. Barmaqlarınızdan və ya bir pambıqdan istifadə edərək nanə yağı ilə zədələnmiş bölgəyə yüngülcə masaj edin. Lazım olduğunda nizamlı olaraq təkrarlayın. Zədələnmiş bölgədə əzilmiş nanə yarpaqlarını çeynəmək də faydalı olacaqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.