Cəmiyyət

Həbsxanada evlənən ömürlük məhkum şair: "Arzum odur ki, yoldaşıma toy edim" - VİDEO - FOTO

27 Aprel 2017 13:30
16 Şərh     Baxış: 21 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladım olanda özümə yer tapa bilmirdim

ARB TV-nin "Rezonans" verilişində bu dəfə ömürlük həbsə məhkum olunan, həbsxanada evlənən şair Sergey Strelyayevin həyat hekayəsinə yer verilib.

Milli.Az xəbər verir ki, artıq bir övlad sahibi olan Sergey Strelyayev bildirib ki, xanımı onun ömürlük həbsdə qalacağını bilə-bilə onunla evlənib:

"Adi uşaq olmuşam. Artıq 4 yaşımda oxuyub-yazmağı bilirdim. Yüksək balla universitetə daxil oldum. Təhsili yarımçıq qoyub hərbi xidmətə yollandım. Qayıdanda isə həbs olundum. Adətən dərd bütün yaradıcı insanları qələmə tərəf yönləndirir. Əgər daxilindən gəlirsə, lap kosmosda da olsan qələmə əl atacaqsan.

7 şeirlər kitabım işıq üzü görüb. Onunla kitab təqdimatında tanış olduq. Münasibətimiz yarandı. Görüşürdük. Mənə dedi ki, ümumiyyətlə, azadlığa çıxmasan da, səninlə evlənəcəm. Mənim şeirlərimi ondan gözəl heç kim oxuya bilmir. Bizim bir övladımız da dünyaya gəldi, özümə yer tapa bilmirdim. Onun səsini telefonda eşidirdim. Azadlığa çıxmaq imkanım olsaydı, ilk evimə yollanardım. Çox darıxmışam. Artıq 15 ildir ki, buradayam. İnsan polad kimidir, nə qədər onu tale vurur, o, daha da möhkəmlənir. Arzularımdan biri odur ki, çıxandan sonra yoldaşıma toy edim. Övladımın layiqli yetişib faydalı insan olmasını istəyirəm".

Məhkumun həyat yoldaşı Lyudmila Strelyayeva da fikirlərini bölüşüb:

"Həftədə bir dəfə - şənbə günü danışırıq. Darıxıram, amma mən evlənəndə bilirdim ki, belə olacaq. Ona görə də indi oturub səhər-axşam dərd çəkməyin də mənası yoxdur".

Verilişdə cütlüyün nikah mərasimindən olan görüntülər də yer alıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Həbsxanada evlənən ömürlük məhkum şair: "Arzum odur ki, yoldaşıma toy edim"

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.