Cəmiyyət

İmişli sakini Makedoniyalı İsgəndərin dəfinəsini tapdı - Nə qədəri ona qalacaq? - VİDEO - FOTO

26 Aprel 2017 15:48
2 Şərh     Baxış: 7 299
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızıl və ya qədim pullar tapsanız, nə qədəri sizə qala bilər? 

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində bu mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.

Misal var ki, "Keçmişini yaxşı bilməyən gələcəyə uğurla addımlaya bilməz". Keçmişi isə bizə tarix göstərir. Tarixin səhifələrini vərəqləməkdə əsas iş arxeoloqların üzərinə düşür. Son illər İmişlidə əməlli-başlı tər töküblər. Sözügedən ərazidəki abidələrdə müəyyən tədqiqat işləri aparılıb. Bu abidələrdən qədim sikkələr də aşkar edilib.

Mikayıl Mustafayev - AMEA-nın aparıcı elmi işçisi: "Həmin abidədən tapılmış müəyyən sikkələr də antik dövrdən başlayaraq orta dövrə qədər həmin mədəni təbəqələr izlənilmişdir".

Bu ilin 11 aprelində İmişlinin Qızılkənd kəndinin sakinlərindən biri dəfinə tapıb. Dərhal bu barədə aidiyyəti quruma məlumat verib. Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizimatika şöbəsinin müdiri Akif Quliyev dəfinə üçün İmişliyə ezam olunanlar sırasında olub.

Akif  Quliyev - AMEA-nın şöbə müdiri: "Bizə 9 ədəd gümüş draxma təqdim edilib. Tədqiqat zamanı məlum olub ki, bu Makedoniyalı İsgəndərə aid gümüş pullardır".

Qeyd edək ki, arxeoloji qazıntılar nəticəsində tapılan qiymətli əşyalar Arxeologiya və Etnoqrafiya İnstitutunda tədqiq edilir. Əyarı müəyyən edildikdən sonra həmin əşya tarixi nümunə kimi qorunur. Bu zaman ortaya hamını maraqlandıran bir sual çıxır. Əgər sadə bir vətəndaş tarixi dəfinə aşkar edirsə, onu buna görə hansısa mükafat gözləyirmi? Bu AR Mülki Məcəlləsinin 187-ci maddəsiylə tənzimlənir. Həmin maddənin 3-cü bəndinə görə.

Akif  Quliyev - AMEA-nın şöbə müdiri: "Aşkar edilmiş mədəniyyət nümunələri qiymətləndirilir, 50 faizi qismində mükafat tapan şəxsə və ya tapılan aşyanın sahibinə təqdim edilir".

Bu məsələdə dəfinə axtarışı aparılan ərazi də nəzərdən qaçmamalıdır.

Ötən əsrin 80-ci illərindən İçərişəhərdə Arxeologiya və Etnoqrafiya İnstitutunun muzeyi fəaliyyət göstərir. Bu muzey eksponatlarına görə ölkənin qiymətli muzeylərindən biridir.

Tarixi abidələrimizin mövcudluğuna ziyan gətirəcək hər hansı bir hadisənin şahidi olduqda dərhal AMEA-nın aidiyyatı bölməsinə məlumat verməlisiniz. Son zamanlar tarixi əhəmiyyət daşıyan qiymətli əşyaların qanunsuz satışı barədə də aidiyyatı qurumlara məlumatlar gəlir. Əlbəttə ki, bu yolverilməz haldır. Bu, sadəcə qanun pozuntusu deyil, tariximizə qarşı edilmiş bir cinayətdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
 

Videonu izləmək üçün şəklə klikləyin:

İmişli sakini Makedoniyalı İsgəndərin dəfinəsini tapdı - Nə qədəri ona qalacaq?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.