Cəmiyyət

Toylarda bahalı karvana maraq artıb - QİYMƏTLƏR - VİDEO

25 Aprel 2017 21:28
2 Şərh     Baxış: 2 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəllər insanlar bəy gəlin maşınının daha bahalı olmasına çalışırdılarsa, artıq dəb dəyişib. İndi isə toy edənlər çalışırlar ki, gəlin gətirəndə bütün maşınlar bahalı olsun. Hətta buna görə bahalı avtomobillərin toy üçün icarə xidməti deyə sektor yaranib. Bəzi toylara 20-dən çox bahalı avtomobil sifariş verənlər də var.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, insanların toylarda dəbdəbə və göstəriş istəyi sərhəd tanımır.
Son zamanlar toylarda bahalı maşınlardan ibarət avtomobil korteclərinə maraq artıb. Göstəriş və dəbdəbə arzulayanlar bəy gəlin maşınını belə bahalı avtomobillərin təqib etməsini istəyirlər. Bu istək isə yeni sektorun yaranmasına səbəb olub. Yəni toy üçün bahalı avtomobil korteci kirayəsi. Hətta bir toya 20-dən çox bahalı maşın sifariş edənlər var.
Kortec maşınları toy boyunca bəy və gəlini müşayiət edir. İstəyə uyğun olaraq sürücü toy sahibindən və ya icarəyə verən şirkətdən ola bilər. Üstünlük daha çox qızılı və ağ rəngdə olan "Cip"lərədi.
Qiymətlər maşının modelinə, rənginə və sayına görə dəyişir.
İcarədarlar sifarişin əsasən Bakı toyları üçün olduğunu deyirlər. Amma bölgələrdən də müraciət eliyənlər az deyil, burda isə məsafədən asılı olaraq qiymət dəyişir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Toylarda bahalı maşınlardan ibarət avtomobil karvanına maraq artıb - QİYMƏTLƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.