Cəmiyyət

Birdəfəlik ülgüclər zərərlidirmi? - VİDEO - FOTO

25 Aprel 2017 14:15
0 Şərh     Baxış: 2 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qədimdə dədə babalarımız üzlərini təraş eləmək üçün ayrıca vaxt ayırar və səbrlə bu işi yerinə yetirərdilər. Qaynar su, üzü sabunlamaq üçün xüsusi fırça hər dəfə üzünü qırxanda ayrıca ülgüc və daha nələr-nələr. Elə indiki dövrdə də bu şəkildə təraş olanlara az da olsa rast gələk mümkündür.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişi mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.

Keçmişdə bərbərxanalarda da bu işə ayrıca diqqət yetirilərdi. Həmçinin bu iş böyük zəhmət tələb edərdi. Ancaq sonradan çıxan asan vasitələr onların da işini xeyli yüngülləşdirdi. Bərbərxanaların əksəriyyətində artıq köhnə qayda ilə istifadə edilən ülgüclərin yerini müasir avadanlıqlar tutub. Bu avadanlıqlar həm rahat, həm də vaxta qənaət etmək deməkdir.

Sakin: "Üzü dəsmal vasitəsilə isti su ilə isladır, sonra sabunlayıb qırxır, sonra yenə isladır, yenə qırxır. Daha sonra ətir və ya yağ vurur. Mən yağ istəmirəm, ətir vururam".

Sakin: "Özüm keçmiş qayda ilə gedirəm. Sabunlayıb, qırxırıq".

Ancaq dövr dəyişib və istifadə etdiyimiz hər bir əşyanın xeyrindən çox zərərinin olduğunun şahidi oluruq. Elə müasir ülgüclər də bu qəbildəndir. Bəzən bərbərlərin bir ülgüclə ardıcıl bir neçə nəfərin üzünü təraş etməsi sonradan xoşagəlməz nəticələrə səbəb ola bilir. Əfsuslar olsun ki, hazırda insanların vaxta qənaət prinsipi bu məsələləri sanki arxa plana salır.

Sakin: "Zəmanə dəyişilib. Gəncləri də qınamaq olmur. Bizim zamanımızdakı kimi həyat rahat deyil, dinamika tələb edir".

Düzdür, yeni avadanlıqlar daha rahatdır və istifadəsi daha asandır. Ancaq bir dəfə istifadə etmək şərti ilə. Elə həmin ülgüclərin də üzərində bir dəfə istifadə olunması ilə bağlı məlumat var. Ancaq əksəriyyət buna əməl etmir. Bir yeri dəfələrlə küt ülgüclə təmizləmək dəri qıcıqlanmasına səbəb olur. Dəridəki kəsiklər isə sonradan ləkələr yaradır. Əsl problem isə bundan sonra özünü büruzə verir.

Kamran Bağırov - həkim-dermotoloq: "Ülgüclərin istər ailə üzvlərinə, istərsə də digər adamlara verilməsi yolverilməzdir. Hal-hazırda çox geniş yayılmış hepatit və digər viruslar bu ülgüclər vasitəsilə ötürülə bilərlər".

Düzdür, zaman vaxt zamandır. Ancaq vaxta görə sağlamlığı bada verməyə dəyməz. Çünki xəstəliyə tutulduqdan sonra vaxt da gec gedəcək.

Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:

Birdəfəlik ülgüclər zərərlidirmi?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.