Cəmiyyət

Suyu "fontan" vuran küçənin sakinləri susuz qalıblar - VİDEO - FOTO

24 Aprel 2017 19:15
0 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkinin Soltan Məcid Əfəndiyev küçəsində yaşayan sakinlər su problemi yaşayır. Su verilməsinə verilir, sadəcə artıqlamasıyla. Hətta o qədər artıqdır ki, fontan vurub küçədə "göl" effekti də yaradır.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, suyun gücü küçənin asfalt örtüyünü də bərbad vəziyyətə salıb. Bir sözlə artıqlamasıyla gələn, küçələri zirzəmiləri basan su insanların ehtiyacını tam ödəmədən israf olub axıb gedir.

Elçin Məmmədov (sakin): "Həftələrlə içməyə su tapmırıq. Boru partlayıb. Evlərin altına gedir".

Şəkinin Soltan Məcid Əfəndiyev küçəsində suyu evlərə paylayan əsas boru xətti zədələnib və su yerin altından asfalt örtüyünü deşərək çölə axır. Nəticədə isə evlərə paylanan su yola axaraq israf olur. Problem bununla da bitmir. Yerin altından qaynayan su həm asfalt örtüyünü yararsız vəziyyətə salır, həm də yaxınlıqdakı evlərin zirzəmilərini batırır. Sakinlərin sözlərinə görə, problem bir ildən çoxdur ki, mövcuddur. Lakin aidiyyatı qurumlara dəfələrlə müraciət edilsə də hələ də öz həllini tapmayib. Məsələ ilə bağlı Şəki SUKANAL TSC-dən isə xəbərdar olduqlarını bildirdilər. 

Təmir işlərinin yubanmasına səbəb zədəli borunun üzdə olmaması göstərilir. Dərində yerləşən boru xəttinin təmiri üçün texnikaya ehtiyac var. Ərazidə ötən il də təmir işləri aparılıb. Ancaq bu problemin qarşısını almayıb. Ümid edək ki, bu dəfə aparılacaq təmir işləri nəticəsində problem birdəfəlik aradan qalxacaq.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Suyu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.