Cəmiyyət

Sərnişinə görə sürücü cərimələndi - Qanun bununla bağlı nə deyir? - VİDEO

23 Aprel 2017 22:34
1 Şərh     Baxış: 2 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kəmər taxmadığına görə sərnişinə yazılan protokol sürücünün ünvanına göndərilib.

Milli.Az bildirir ki, hadisə İmişli rayonu Əliqulular kənd sakini Bəkirov Rəşadın başına gəlib. O bildirir ki, bir müddət əvvəl İmişli ərazisində avtomobil idarə edərkən polis onu saxlayıb və kəmər taxmadığına görə sərnişinini cərimə edəcəyini bildirib.

Ancaq bir müddət keçəndən sonra protokol sürücünün ünvanına göndərilib. Sürücü protokola baxdıqda aydın olub ki, həmin cərimə sərnişinə yox sürücüyə yazılıb.

Sürücü cərimə olunarkən yol polisinin ona heç nə demədiyini və ancaq sərnişinin cərimələndiyini zənn edib. Daha sonra məlum olub ki protokolda cərimələnən sərnişin sürücü kimi yazılıb. Halbuki, vətəndaş maşını özü idarə etdiyini deyir.

Ekspert Ərşad Hüseynov sərnişinin kəmərdən istifadə etmədiyinə görə sürücünün cərimələnməsinin qaydalara zidd olduğunu deyir. Ekspertin sözlərinə görə, sürücü yazılı ərizə yazaraq ona yazılan cərimənin əsassız olduğunu sübut edə bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişinə görə sürücü cərimələndi: Qanun bununla bağlı nə deyir?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.