Cəmiyyət

Bu yolda diqqətli olun! - VİDEO

23 Aprel 2017 22:06
0 Şərh     Baxış: 1 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yük avtomobilinin sürücüsü piyada zolağının düz qarşısında maşını park edərək ərazidən uzaqlaşıb və bir neçə gündür həmin maşın ordadır. Milli.Az bildirir ki, görüntülər Binəqədi rayonunun Biləcəri qəsəbəsindəndir.

Ərazidə qəza riskini yaradan daha bir səbəb piyada keçidinin olduğu yerdə piyada zolağının demək olar ki silinərək görünməməsidir. Bundan əlavə ərazidə sürücülərin məhz yol nişanını görməməsi ucbatından qəza törətməsi zamanı məsuliyyəti məsələsi də sual doğurur.

Əgər sürücülər başqa bir sürücünün maşını səhv parklaması səbəbindən qəza törədərsə məsuliyyət daşıyırlarmı? Ekspert Ərşad Hüseynov bildirir ki, sürücü istənilən halda yola ciddi nəzarət etməli olduğu üçün baş verən hadisəyə görə də məsuliyyət daşıyacaq. Ancaq bu zaman yük maşınının sürücüsünə əlavə məsuliyyət tətbiq oluna bilər. Hazırki vəziyyətdə isə qanunun tələbinə görə yük avtomibilinin sürücüsünə dayanma-durma qaydalarını pozduğuna görə 20 manatlıq cərimə tətbiq olunmalı və yük maşını ərazidən evakuasiya edilməlidir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu yolda diqqətli olun!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.