Cəmiyyət

Anar Məmmədxanovun ölümündən 6 il ötür - FOTO

23 Aprel 2017 20:27
Baxış: 2 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Milli Məclisin keçmiş deputatı, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı, ictimai xadim Anar Məmmədxanovun ölümündən 6 il ötür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Anar Məmmədxanov 20 iyul, 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib.

Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı qurtarıb. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu, Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı kimi fəaliyyət göstərib. Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış 2005 Milli Məclisinin deputatı olub.

23 Aprel, 2011-ci ildə ürəktutmasından vəfat edib.

Ailəli idi, 3 övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.