Cəmiyyət

Müəllimlər diaqnostik qiymətləndirmədə çətinliklə üzləşiblər - Problem - VİDEO

21 Aprel 2017 23:33
3 Şərh     Baxış: 2 341

Azərbaycanda hərbi hazırlıq müəllimləri diaqnostik qiymətləndirmədə çətinliklə üzləşiblər.

Milli.Az bildirir ki, 5 gün əvvəl Bərdədə bölgədəki müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Qaydalara uyğun olaraq ümumilikdə 60 sual təqdim edilib. Onlardan 40-ı müəllimin ixtisasına, 20-si isə kurikuluma uyğun olub. Rayonda 15 ildir hərbi hazırlıq fənnini tədris edən Şamil Abdullayev deyir ki, onlar dərsləri kurikulum üzrə keçmirlər və heç bir təlimədə də iştirak etməyiblər.

Şamil Abdullayev qiymətləndirmənin bu cür keçirilməsini düzgün hesab etmir. Ona görə də kurikulumda iştirak etməyən müəllimlərə güzəşt tətbiq edilməli olduğunu deyir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirildi ki, 2008-ci ildən başlayaraq bütün müəllimlər kurikulum sistemi üzrə təlimlərə cəlb ediliblər. Hər hansı bir müəllimin həmin təlimdə iştirak etməməsi də onun səhvidir. Bu səbəbdən də heç bir müəllimə güzəşt edilməyəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hərbi hazırlıq müəllimləri diaqnostik qiymətləndirmədə çətinliklə üzləşiblər

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Melek · 22 Aprel 06:3712

    Bütün şəhər istərsədə rayon məktəblərində vəziyyət eynidir müəllimlər öz üzərlırində çalışmırlar.Çox savadsızlıqdır.

    Cavab yaz
  • Anonim
    adsız · 22 Aprel 17:2100

    guya imtanı veriler noldu bunu ele eliyerdiler az bal topluyanar çıxardıde mektebden heç üreyimce olmadı

    Cavab yaz
  • Anonim
    adsız · 22 Aprel 17:2300

    boş boşuna dövletin pulunu yeyiler .düzdü hamıya demek olmaz çox savadlı müelimlerimizde var amma bezilerini çıxardsalar yaxşı olar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.