Cəmiyyət

Boynunda nəhəng dana, bu vəziyyətdə 3 maşını çəkir - Azərbaycanda - VİDEO

21 Aprel 2017 23:18
1 Şərh     Baxış: 2 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pəhləvanların çox şousunu görmüşük. Amma bir pəhləvanın nəhəng bir dananı boynuna mindirməsini, üstəlik bu vəziyyətdə 3 maşını dartmasını necə, görmüsüz?

Milli.Az bildirir ki, Tərtərdə yaşayan 34 yaşlı Səxavət nəhəng dananı çiyninə götürür. Bu vəziyyətdə 2 yük və bir sərnişin maşınını qoşqu ilə dartır.

Ətrafdakı insanların çəkdiyi bu görüntülər sosial şəbəkələrdə son günlərin ən çox paylaşılan videosu oldu.

Hamı bu pəhləvanın kimliyi ilə maraqlandı. Biz də araşdırmalarımızdan sonra bu şəxsi axtarıb tapdıq. Tərtər sakini olan bu şəxs 34 yaşlı Səxavətdir.

Səxavət məhşur videosundan da danışdı.

Səxavəti rayonda daha çox dananı boynuna qaldıran pəhləvan kimi tanıyırlar. Deyir tez-tez tədbirlədə onu izləmək üçün dəvət edirlər.

Səxavət çiynində dana olmaqla daha çox maşını qoşqu edib dartmaq üçün məşq edir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Boynunda nəhəng dana, bu vəziyyətdə 3 maşını çəkir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.