Cəmiyyət

Xəzər dənizində balıqların sayı azala bilər - PROBLEM - VİDEO

21 Aprel 2017 22:20
3 Şərh     Baxış: 864

Xəzər dənizində balıqların sayı azala bilər.

Milli.Az bildirir ki, səbəb isə Lənkəran çayınin dənizə tökülən hissəsində torların qurulmasıdır. Bu torlar balıqların kürütökmə prosesinə mane olur. Balıqların bəzi növləri kürü tökmək üçün şirin suya, yəni çaya tərəf üzəndə kütləvi şəkildə ovlanırlar.
Lənkəran çayının Xəzər dənizinə töküldüyü yerdə balıqlar kürü tökmək üçün dənizdən çaya doğru üzərkən tora düşürlər.

Balıq tutanlar dənizdə tor qurduqlarından balıq çaya tərəf üzə bilmir. Balıqların bəzi növləri şirin suda kürü tökdüyündən bu günlərdə onlar çaya doğru üzür, ancaq tor səbəbindən çaya daxil olmamış ovlanırlar.

Torlar əsasən suyun altı ilə çəkilsə də, bunu müəyyən etmək çətin deyil. Uzun illərin peşəkar balıqçısı olan Səxavət Həsənov deyir ki, yırtıcıların azlığı və suyunun daha təmiz olması səbəbindən balıqlar kürünü əsasən çaya buraxırlar. Kürüləmə dövründə balıqların kütləvi ovlanması isə gələcəkdə onların sayına təsirsiz ötüşməyəcək.
Məsələ ilə bağlı Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin Salyan-Astara sektorunun müdiri Xəlil Xəlilov bildirdi ki, çaylarda qurulan torlarla bağlı bu ilin yanvar ayından bu günə kimi 16 fakt aşkarlanıb və müvafiq cərimələr tətbiq olunub. Sözügedən ərazilərdə də yenidən yoxlamalar aparılacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xəzər dənizində balıqların sayı azala bilər - PROBLEM

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Səma · 21 Aprel 22:4300

    Yoxlamalar aparılacaqmış. Niyə icazə verirsiniz ki? Bir vaxtlar Xəzər balıq növləri ilə məşhur idi. Ancaq biz yenə də Xəzərimizin qədrini bilmirik

    Cavab yaz
    • Anonim
      YASHAR · 22 Aprel 04:5300

      Xezerde yene baliglar var. Sadece denizin mueyyen hissleri cox pis cirklendiyi ucun baliglara yeme bele gelmir

      Cavab yaz
  • Anonim
    Azad · 24 Aprel 16:0600

    Denizle elaqesi olan bütün çaylar, kolllektorlar, kanallar hamısı torlarla doludur. bunlara nezaret olmlıdı. Əsasən də balıqlar aprel ayından başlayır kürü tökməyə. İndi torlar yığışdırılsa balıqlar ovlanmasa balıq gələcəkdə bol olar. Ancaq bəzi qansızlar kanalları, çayları zəhərləyirlər xırda balığa kimi məhv edirlər. Çayları, kollektorları və kanalları torlarla doldururlar. Bulara nəzarət çox aşağı səviyyədədir. Ancaq göz yumulur. Bir balığın tökdüyü kürü milyonlarla balıq demekdi. Bunu fikirləşək heç olmazsa!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.