Cəmiyyət

Bazarda dəniz məhsullarına tələbat artıb - QİYMƏTLƏR - VİDEO

21 Aprel 2017 22:00
1 Şərh     Baxış: 2 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, son günlər dəniz məhsullarına tələbat artıb.

Havaların isinməsi əlaqədar xərçəng, krevetka kimi məhsulların satışında canlanma müşahidə edilir. Yerli krevetkanın kiloqramı 12-14, xərçəngin kiloqramı isə 10-12 manat arasında dəyişir.

Xərçəngin qiyməti onun ölçüsündən asılı olaraq da dəyişir. Piştaxtalarda qara və qırmızı kürüyə də rast gəlinir. Qırmızı kürünün kiloqramı 120-150 manata təklif edilir. Qara kürü isə 110 qramlıq qablarda satılır.

Satıcılar xarici ölkələrdən gələn kürülərin ucuzluğunu tərkibində konservantların olması ilə əlaqələndirirlər. Onların sözlərinə görə, hər il aprel-may aylarında bu cür məhsulların satışında canlanma müşahidə edilir. Kürüləri alanlar isə əsasən xarici ölkə vətəndaşlarıdır.

Satıcılar deyirlər ki, tələbatın artmasına baxmayaraq qiymətlərin qalxması gözlənilmir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bazarda dəniz məhsullarına tələbat artıb - QİYMƏTLƏR

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.