Cəmiyyət

Telefonunuza belə mesaj gələrkən diqqətli olun! - VİDEO

21 Aprel 2017 20:58
2 Şərh     Baxış: 2 396

Son vaxtlar mobil telefon dələduzlarının sayı artıb. Söhbət vətəndaşları aldadaraq guya onların balansına vəsait yükləndiyini deyib və vəsaiti geri yükləməyi xahiş edənlərdən gedir.

Milli.Az xəzərxəbər-ə istinadla məlumat verir ki,əvvəl tanımadığınz bir nömrədən sizin balansınıza hər hansı bir məbləğin yüklənməsi ilə bağlı mesaj gəlir. Sonra isə bir nəfər zəng edərək səhvən sizin balansınıza pul yüklədiyini deyib pulu qaytarmağı xahiş edir. Əslində isə heç bir pul filan yüklənmir. Son vaxtlar bu cür dələduzluq hallarının sayı artıb.

Bunun fırıldaq olduğu üzə çıxandan sonra isə nömrənin sahibi telefonu söndürüb və zənglərə cavab verməyib. Burada əsas diqqət yetirilməli məqam odur ki, əgər balansınıza məbləğ yüklənirsə, gələn mesaj hansısa bir şəxsdən yox, mobil operatorlardan gəlməlidir. Digər tərəfdən, dərhal balansınızı yoxlayaraq bunun fırıldaq olub-olmadığını da müəyyənləşdirə bilərsiniz.

Dələduzluğun qurbanı olan şəxslər isə öz hüquqlarını bərpa edə bilər. Çünki həmin əməli törətmiş şəxslər barəsində qanunvericilikdə məsuliyyət nəzərdə tutulur.

Əgər dəymiş zərər 100 manatdan artıq olarsa, bu zaman bunu törədən şəxsi 100 manatdan 700 manatdək cərimə, yaxud 2 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Videonu izləmək üçün şəklə klikləyin:
Telefonunuza belə mesaj gələrkən diqqətli olun! - Dələduzların oyununa aldanmayın - VİDEO

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Molla Nəsrəddin · 21 Aprel 22:1720

    Uye ağ elədüz e! Mənim 62 yaşım var, gözüm seçmədiyi üçün 0806 əvəzinə 0608=ə 10 manat pul köçürmüşəm.Operator hardan bilir (nərədən bilir!!!???) ki,mən kiməm və səhv köçürmüşəm??? Hüquq mənimdi.Biləndə ki,yetim həyat yoldaşımın telefonuna kontur yüklənməyib,onda araşdırma aparırıq!!! Cavanlar qəbzə baxıb deyir!!!lər!!! Düz köçürülməyib! Onda ya mən qoca,ya da zavallı qadın ağbirçək zəng edib həmin şəxsə???!!! deyirik ki,bu bir səhv olub,kontur yükləyəndə bizim nömrəyə bu məbləği yükləyərsüz, Amma digəlki,kontur qayıdıb yüklənmir.. Bir həftə keçir, heç qəpik də yüklənmir.Olma ağa,saxlama rəiyyəti. Olma qoca gözün rəqəmi görsün...

    Cavab yaz
  • Anonim
    Kabab Yelləyən · 21 Aprel 23:4130

    Məsələn, Əgər dəymiş zərər 99 manatdırsa buna görə qanunvericilikdə məsuliyyət yoxdur. Yəni 100 manata kimi çalış aldanma.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.