Cəmiyyət

Bakı sakinləri ən çox hansı musiqilərə qulaq asırlar? - SORĞU

21 Aprel 2017 20:47
3 Şərh     Baxış: 1 016

"ACT Azərbaycan" 24 dekabr - 3 yanvar tarixlərində Bakı sakinlərinin hansı musiqi janrlarına qulaq asması ilə bağlı sorğu keçirib.

Milli.Az sorğunun nəticələrini təqdim edir:

Musiqi ruhun qidasıdır deyirlər. Bəs görəsən  Bakı sakinləri bu "qida"dan tez-tez dadırlar ? Sakinlərin böyük əksəriyyəti (70 %) musiqiyə gündə ən azı bir dəfə (70 %) qulaq asır. Bakı əhlinin beşdə biri (20 %) həftədə azı bir dəfə musiqi dinləyir. Hər on sakindən biri isə (10 %) muqisiyə nadir hallarda qulaq asdığını deyir. Sakinlərin böyük əksəriyyəti musiqini evdə dinləməyi (78 %) tərcih edir. 17% sakin isə avtomobil idarə edərkən həm də musiqidən zövq alır.

Bəs Bakı sakinlərinin musiqi zövqü necədir? Paytaxt əhli hansı musiqi janrlarına üstünlük verir ?

Rəyi soruşulmuş respondentlərin yarıdan çoxu (52 %) klassik musiqiyə qulaq asır.Azərbaycan xalq mahnılarını (44 %) və muğamlarını dinləyənlər də (42 %) kifayət qədərdir. Hər on respondentdən dördü isə müasir pop musiqisi tərcih edir (40%). Rok (9 %), caz (7 %), rep (5 %) və estrada (3 %) dinləyənlər nisbətən azlıq təşkil edir. Aşıq havalarını digər janrlardan daha çox dinləyənlər isə 2 %-dir.

Respondentlərin yaşı artdıqca musiqi zövqləri də dəyişir. Belə ki, pop musiqisini dinləyənlərin 39 %-ni 18-24 yaş aralığında gənclər təşkil edir. Klassik musiqiyə üstünlük verənlər əsasən orta nəslin nümayəndələridir (25-34 yaş aralığı - 25 %). Respondentlərin yaşı artdıqca milli musiqiyə olan maraqları da artır. Belə ki, muğam həvəskarlarının 35 %-i nisbətən yaşlı nəslin (45-54 yaş aralığı)  nümayəndələridir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 21 Aprel 21:0941

    Men ele fikirlesdim 70 % avtomobil olar, ammma avtomobil az faiz oldu,cunki suruculerin xosuna gelir yol gede-gede mahniya qulaq asmaq ele bil uzaq yolu bir az tezlesdirir musiqiyle gedende men xosluyuram yol gedende mahniya qulaq asmaqi..

    Cavab yaz
  • Anonim
    bakili · 21 Aprel 23:0510

    men en cox milli musiqilerimizi dinleyirem korifeylerimizin oxuduqlari mahnilari daha uzeyir mehdizadeni yox

    Cavab yaz
    • Anonim
      Səma · 21 Aprel 23:0910

      Elə mən və qardaşım da korifeylərimizi dinləyirik

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.