Cəmiyyət

İslama əsasən “ürək kəbini” deyilən bir şey var?

22 Aprel 2017 22:25
34 Şərh     Baxış: 2 422
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sual: Mən 3 ildir ki, bir adamla birlikdəyəm. Həmin adam Həccə gedib. Çox imanlı bir insandır. Ancaq mənə deyir ki, kəbin (nikah) deyilən bir şey yoxdur. Əsas odur ki, arada ürək kəbini olsun; biz ki, ər-arvadıq! Bir sözlə, demək istəyir ki, Allahın dərgahında evlilik ürəyə əsaslanır. Sizcə bu nə dərəcədə düzdür? Daha doğrusu, xahiş edirəm bu sualımı İslam dininə əsasən izah edin.

Cavab: İslamda belə bir şey yoxdur. Ürək kəbini deyilən bir şeydən söhbət gedə bilməz. Təəssüf ki, özünü dindar kimi göstərən bəzi kişilər bu kimi sözlərlə cavan qız və qadınları aldadırlar. Qadınlar bu hallara qarşı çox diqqətli olmalı və ehtiyatı əldən verməməlidirlər.

Milli.Az muselmanlar.com-a istinadən bildirir ki, İslam dininə əsasən evlənməklərində hər hansı bir problem olmayan bir kişi və bir qadın heç vaxt kəbinsiz olaraq birlikdə ola bilməzlər!

Kəbin isə müəyyən şərtləri yerinə yetirməklə, yəni, qaydalarına müvafiq şəkildə kəsilməlidir. Qısa desək, bu məsələdə nəzarət olmalıdır. Bunu da öz növbəsində qızın ailəsi həyata keçirməlidir.

Ailədən xəbərsiz kəbin kəsdirmək olmaz. Əgər ailə nahaq yerə bir problem yaratsa, bu vaxt kəbinə nəzarət işini o ərazinin səlahiyyətli orqanı həyata keçirməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.