Cəmiyyət

İşə velosipedlə getmək...

22 Aprel 2017 21:45
1 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha çox yaşamaq istəyirsiniz? Xərçəng və ya ürək xəstəliyi riskini azaltmaq üçün həll yolu axtarırsınız? Alimlərin cavabı sadədir: "İşə velosipedlə gedin".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Böyük Britaniyada beş ildir ki, ətraflı bir araşdırmanın nəticələri velosipedlə işə gedib-gəlməyin bu sağlamlıq problemlərini yarıya qədər azaltdığını göstərir.
 
Tədqiqatçılar İngiltərə və Şotlandiyadan 250 min işçini araşdıraraq, daha çox hərəkətsiz bir şəkildə işə gedənlərlə müqayisə ediblər. Araşdırılan bu insanlardan 2430-u dünyasını dəyişib, 3748-nə xərçəng diaqnozu qoyulub, 1110-u da ürək problemləri ilə qarşılaşıb.
 
Müntəzəm velosiped sürmək isə, bu səbəblərlə ölüm riskini 41 %, xərçəng riskini 45 %, infarkt riskini isə 46 % azaldıb.
 
Velosiped sürənlər həftədə orta hesabla 48 kilometr yol getdi, ancaq daha çox yol gedənlərin daha da sağlam olduqları müəyyən olundu.
 
Yerimənin də ürək narahatlıqlarına qarşı ciddi dərəcədə fayda verdiyi qeyd olunub. Amma bu vəziyyət daha çox həftədə, təxminən 10 kilometr yeriyən insanlar üçün keçərlidir.
 
Velosiped sürmək, yoxsa yerimək daha faydalıdır?
 
BBC-yə danışan araşdırmaçı alim Jason Gill, bu araşdırmanın işə fəal üsullarla, xüsusən velosipedlə gedənlərin daha az risk altında olduğuna dair aydın bir sübut olduğunu deyib.
 
Gill bu səbəblə şəhərsalmanın velosipedlərin həyatını asanlaşdıracaq bir şəkildə edilməli olduğunu bildirib. Araşdırmaya görə, işə gedəndə həm velosiped, həm də ictimai nəqliyyatdan istifadə edənlərdə də sağlamlığa faydalar aşkar edilib.
 
Digər tərəfdən, statistik nəticələr siqaret, qida pəhrizi və ya bədənin ağırlığı kimi mümkün olacaq səbəblər kənarda qalanda da, təsirlərinin eyni cür göründüyü məlum olub.
 
Velosiped sürənlər çəki baxımdan daha arıq olmasalar da, bədənlərindəki piy nosbətinin az olması və bədəndəki iltihab səviyyəsinin az olması da, çıxan nəticələrin arxasında dayanan səbəblərdəndir.
Daha uzun və gərgin olması səbəbindən velosipedin yeriməyə nisbətən daha yaxşı məşq olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.