Cəmiyyət

Oynaq ağrısına qarşı təbii müalicə üsulu

22 Aprel 2017 23:15
0 Şərh     Baxış: 8 477
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tez-tez oynaq ağrısı olursa, kələm yarpaqları oynaq ağrılarınızı və ayağınızda olan şişi 1 saat ərzində müalicə edə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kələmin tərkibində olan antioksidantlar ağrını əngəlləyir və qabarıqlığı aradan qaldırır. Kələmin ehtiva etdiyi minerallar oynaqlarda yaranan ağrıları maneə törətdiyi kimi bədəninizdə yaranan şişin də aradan qaldırılmasına yardım edir.
 
Lazım olan vəsaitlər:
Aliminyum folqa
Kələm
Oxlov
Bir parça bez
 
Hazırlanması:
İlk olaraq kələmin yarpaqlarını bir-bir ayırın. Daha sonra yaxşıca yuyun və qurumasını gözləyin. Daha sonra kələm yarpaqlarını oxlovun köməyi ilə açın.
Belə etdikdə kələmin suları da çıxmış olacaq. Sonra kələmin yarpaqlarını alüminium folqaya bükün və sobaya qoyun. Kifayət qədər istilənən folqanın içindəki kələmləri ağrı və ya şiş əmələ gələn bölgəyə bağlayın. Üzərini streç salafanla yaxşıca örtün. Bir saat ərzində narahatlıq duyduğunuz bölgədə saxlayın. Kələmi çıxardıqdan sonra bölgəni təmizləmək lazımlıdır. Bunu tətbiq edənlər ertəsi gün ağrının keçdiyini müşahidə edəcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.