Cəmiyyət

Canavarlar hansı halda öldürülə bilər?

21 Aprel 2017 22:17
6 Şərh     Baxış: 857

Canavarların insanlara və qoyun sürülərinə, kəndlilərin şəxsi təsərrüfatlarına hücum etməsi barədə tez-tez eşidirik. Bundan qorxan bəzi kənd sakinləri hətta ov tüfəngini əl altında saxlayır ki, təhlükə zamanı özünü müdafiə edə bilsin. Ancaq qanunvericilik canavarların vurulmasını qadağan edir. Belə olan halda isə insanları bir sual düşündürür: əgər canavar hansısa bir kəndlinin həyətinə soxularaq, toyuq-cücəsinə, şəxsi təsərrüfatına ziyan verərsə və ya ov zaman, hansısa bir canavar ona hücum edərsə, özünü necə müdafiə etsin? Əgər canavarı öldürsə cərimələnəcək, öldürməsə də özü öləcək və ya təsərrüfatına ziyan dəyəcək.

Maraqlıdır, canavarları hansı hallarda və necə öldürmək olar?

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raquf Mirzəyev bildirdi ki, canavar yalnız kiməsə hücum etdiyi zaman vurula bilər: "Ov qaydalarına əsasən, Azərbaycanda canavarların vurulması qadağandır. Azərbaycanda ov edilməsi Azərbaycan qanunları ilə tənzimlənir və hər il may ayının 30-da açılır və mart ayında bağlanır. Bu mövsümdə ovlanacaq quş və heyvanların normaları, adları, harada olacaqları barədə qeyd olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən ova icazə bileti əsasında yalnız şənbə-bazar günləri müəyyən edilmiş yerlərdə ov edilməsinə icazə verilir. Ancaq canavarın ovlanması birmənalı şəkildə qadağandır. Bizim regionlarda ekologiya və təbii sərvətlər şöbələrimiz var. Demişik ki, canavar təhlükəsi olanda ora müraciət edin. Ekologiya və təbii sərvətlər şöbələrində bələdiyyə, yerli icra nümayəndəsi , baytarlıq xidmətinin nümayəndəsi və təcrübəli ovçuları cəlb etməklə xüsusi qrup yaradılır və həmin canavarlar xüsusi vasitələrlə, səs-küy çıxarmaqla oradan uzaqlaşdırılır. Ancaq əgər canavar insan həyatına bilavasitə təhlükə törədirsə, təqib etmədən onu vura bilər. Yəni əgər canavarı təqib edib, izləyib vurarsa, bu, qanun pozuntusudur İnzibati Xətalar Məcəlləsinə görə, həmin şəxs 1000-2000 manat məbləğində cərimə olunur. Əgər insan üzərinə hücum edirsə, son zərbə kimi onu həmin şəxs vura bilər. Belə olan halda da yenə şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli, mütəxəssislər gəlib baxmalıdır ki, bu onu doğrudan da təqiblə yox, üzərinə hücum etdiyi üçün vurub. Belə olan halda mövcud olan cəza qanunu həmin şəxsə tətbiq edilmir".

R.Mirzəyev 65 nəfərin ov qanunlarını pozduğuna görə saxlanıldığını dedi: "Cari ilin 3 ayı ərzində aparılan araşdırmalara əsasən 65 nəfərə yaxın şəxs qanun pozuntusuna görə saxlanılıb. Qanunvericiliyə uyğun qaydada tədbirlər görülüb. Ov tüfəngi, 147 patron, 15 ədəd qanunsuz ovlanmış quş və heyvan götürülərək həmin şəxslər məsuliyyətə cəlb edilib. Həmin şəxslərdən 6 nəfəri inzibati qaydada cərimələnib. 9 nəfərin şəxsiyyətini müəyyənləşdirmək üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Şəxsiyyətləri müəyyənləşəndən sonra onlar barəsində də qanunverici qaydada tədbirlər görüləcək".

Qeyd edək ki, sovet dövründə canavarı vurub dərisini, başını gətirib təhvil verən adama mükafat verirdilər. İndi isə canavarların vurulması Beynəlxalq Konvensiya ilə tənzimlənir. Canavarlar da çox çətin şərtlərlə həyatda qalmağı bacarırlar, xüsusən də qış aylarında. Onlar qışda həyatda qalmaq, pusquya düşməmələri üçün qəribə bir sistemləri olur. Belə ki, qabaqda sürünün ən zəif, xəstə 3 qurdu gedir. Pusqu olacaqsa, məhz ilk ölən həmin qurdlar olacaqdır. Digər vəzifələri isə arxadan gələnlər üçün qarda ilk yolu onların açmalarıdır. Sonra ən təcrübəli 5 döyüşçü canavar da sıranı müşayiət edir . Ortada 11 dişi canavar müdafiə sistemində yeriyirlər. Dişiləri, sürünün arxasında olmaqla, 5 təcrübəli döyüşçü canavar izləyir. Ən arxada sürüdən müəyyən məsafə ilə yeriyən isə sürünün lideridir. O, davamlı olaraq sürünün hamısını görməlidir. Hər hansı bir hücum anında lider özünü ön plana ataraq müdafiə vəziyyətinə keçir. Canavar sürülərində bu inanılmaz sistem alimləri də heyrətə gətirib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Mübariz · 21 Aprel 23:0720

    Gərək canavarla rastlaşanda əvvəlcə soruşaq hüçum eliyəsisən yoxsa yox.

    Cavab yaz
  • Anonim
    N · 21 Aprel 23:0710

    Canavar hücüm edândâ öldür demâ öldürdüm.de öz aralarinda boğuşub biri birini qiriblar.ekspertizaya aparmayacaqlarki.

    Cavab yaz
  • Anonim
    Detektiv · 21 Aprel 23:4710

    Qanunda bosluqlar var. Bu qanun vetendaslarda casqinliq yaradir. Sertler ele qoyulub ki, ele bil qarsindaki suursuz bir heyvan yox, suurlu bir canlidir. Qanun insan heyatini ve emlakini qorumalidir. Neticesinden asili olmayaraq. Bu qanunda deyisiklik edilmelidir. Eks halda insanlarin heyati ve teserrufatlari tehlukede olacaq. Eyet canavar insana ve ya teserrufata zuyan vurub qacibsa, o izlenmeli, tapilmali ve mehv edilmelidir. Men tebietin , heyvanlarin dusmeni deyilem. Sadece insan heyati ve teserrufati esas goturulmelidir!

    Cavab yaz
  • Anonim
    Od Yalo · 22 Aprel 02:0700

    Siz ne danisirsiniz ? Canav hec ozleri - ozlerine etibar etmir. Hette onlar yatandada uz - uze yatirlar. Indi biz insanlar Canavara nece etibar edek ? Axi Canavar eyer ov meqsediynen , ova cixiblarsa , onlar ilk novbede iki qurupa bolunurler. Geniw mesafeden perdeleyici desteler tam hazir veziyyete gelirler. Onlarin icinde en tecrubesi birinci anda hucuma kecir. Ve sonra diwi Canavarlar var gucu ile hucuma kecir. Onunda deqiq mudafiye yolunu her kes bilmir. Onun ucunde , eyer Canavarin hiylesini hiss edirsinizsse , derhal onu mehv etmeyi bacarmalisiniz. Eks halda onlar hucuma kecseler , onlarin qarwisin almaq qeyri mumkundur. Onlar hucuma kecen zaman, Canavar ne silahin sesinnen, nede insanlarin ses kuyunnen qorxmurlar. Canavar ilk novbede ozune qerar verib hucuma kecir.

    Cavab yaz
  • Anonim
    Sevil · 22 Aprel 09:2110

    Canavarin oldurulmesi uchun cerime teyin olunub. Bes vetendashlarin heyatina, saglamligina ve teserrufatina deyen ziyanin kompensasiya edilmesine dair tedbirler plani nece hazirlanibmi?. Kasib kendlide 3000 manat haradandir ?

    Cavab yaz
  • Anonim
    Remiw · 22 Aprel 20:5600

    Canavar da bilir ne yeyir harama esla hucum etmez halal olan mali yeyir oduki o,kiwinin iwne qariwmayaq yeyir yesinde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.