Cəmiyyət

Bir milyon manatdan çox pul mənimsəyən qadın psixi xəstə çıxdı

20 Aprel 2017 23:47
4 Şərh     Baxış: 1 825

Qadın şirkət yaratmaq adı ilə 6 nəfəri aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə H.Abdullayeva barəsindəki məhkəmə ekspertizasının rəyi açıqlanıb. Məlum olub ki, təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkir.

Zərərçəkmişlər buna etiraz edərək təkrar ekspertizanın keçirilməsi barədə vəsatət veriblər. Vəsatət təmin olunub və təkrar rəy verilənədək proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, ittihama görə, H.Abdullayeva şirkət yaratmaq adı ilə 6 nəfərdən dələduzluq yolu ilə 1,2 milyon manat pul alaraq mənimsəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    cavadzade2001 · 21 Aprel 01:3610

    Eger bu qadin psixi xestedirse alti neferi aldadib pullarini alibsa demeli buna pul verenler ondan beter xestedi

    Cavab yaz
  • Anonim
    Balakenli · 21 Aprel 06:4800

    Yaxsidirda ister bu qadin olsun istersede bir basqasi cinayet edir sonra ogrun dogrun delilik kagizi elde edib canlarini qurtarmaga calisir nece psixi problemleri var ki 1.2 mln pul menimseyib amma 12 manati qiraq bucaga atmayib

    Cavab yaz
  • Anonim
    Sevil · 21 Aprel 07:0800

    Psixi xeste, dogurdan, bes pullar hani?

    Cavab yaz
  • Anonim
    N · 21 Aprel 10:2300

    Nâfâr aldatdiğina görâ xâsdâ çixardiblar.çünki burda hammi nâfâr aldadir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.