Cəmiyyət

Gömrük Xidmətləri rəhbərlərinin konfransı keçirilir

20 Aprel 2017 21:46
0 Şərh     Baxış: 348

Avstriyanın paytaxtı Vyana şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı işə başlayıb.

DGK Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, konfransdan öncə əlaqələndirici şuranın iclası keçirilib.

İclasdan əvvəl isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Türkiyə Respublikası, Rusiya Federasiyası, İsrail Dövləti, Latviya Respublikası və MDB üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Rusiya tərəfi ilə görüşdə iki ölkənin gömrük xidmətləri arasında mövcud əməkdaşlığın perspektivlərinə toxunulub, eyni zamanda, Azərbaycandan Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının "yaşıl dəhliz" vasitəsilə daşınmasının daha da sürətləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Türkiyə, İsrail, Latviya və MDB üzvü olan bəzi ölkələrin gömrük xidmətlərinin rəhbərləri ilə görüşlərdə gömrük sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.