Cəmiyyət

Biləsuvarda müəmma: ev əşyaları öz-özünə yanır - VİDEO

20 Aprel 2017 21:13
4 Şərh     Baxış: 1 988

Evdəki yataq dəstləri, pal-paltar, xalçalar nəməlum şəraitdə alovlanır.

Xezerxeber.az-ın məlumatına görə, Biləsuvar rayonunun Bəydili kənd sakini Lazım Qarayevin evində bir müddətdir ki, əşyalar öz-özünə alışaraq yanır. Evdə ilk belə hadisə mart ayının 4 də baş verib. Əsasən günorta saatlarında baş verən yanğın əvvəlcə tüstü ilə müşayiət olunur. Ardınca isə həmin əşya naməlum şəraitdə alovlanır. Ən maraqlısı isə odur ki, bütün əşyalar daha çox uc tərəfindən yanır.
Evin zirzəmisində olan elektrik fanarlarının da ayrıcısı qəfildən yanıb. Bunun elektrik naqlillərindəki qısaqapanmadan baş verəcəyindən ehtiyatlanan Lazım Qarayev evə daxil olan xətlərini tamamilə dirəklərdən ayırıb.
Mənbəyi hələlik məlum olamayn yanğın təkcə Qarayevlər ailəsinin yaşadığı evdə yox, həm də həyətlərindəki digər tikililərdə- hamamda da baş verib.
Evə Biləsuvar yanğından mühafizə hissəsinin mütəxəssisləri baxış keçirsələr də, alovun nədən baş verdiyini müəyyənləşdirə bilməyiblər.
Ailə üzvləri kəndin mollasına da müraciət edib.
Azyaşlılar da daxil olmaqla 7 nəfərin yaşadığı ailə əşyaların qəfildən alışmasının evdə böyük miqyaslı yanğına səbəb ola biləcəyindən narahatdırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Biləsuvda MÜƏMMALI hadisə: ev əşyaları öz-özünə yanır

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Əli proqnoz.№ · 20 Aprel 21:3600

    Men bir Bilesuvarli olaraq inamiram Bunlara:)))

    Cavab yaz
  • Anonim
    111 · 21 Aprel 09:4500

    elektrik xetlerini yoxlasinlar, cox guclu elektriklenme neticesinde bezi eshyalar qiziharaq alovlana biler

    Cavab yaz
  • Anonim
    Aqil · 21 Aprel 15:2300

    Evdə çəkiliş aparan zaman nəsə bir əşya yandı ya yox ? Sualım bu xəbəri hazırlayanlara və həmin evdə çəkiliş aparanlaradır.

    Cavab yaz
  • Anonim
    Aqil · 21 Aprel 15:2300

    yəqinki evi müqəddəs Pir eləmək istəyirlər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.